Bank VTB müştəriləri üçün “Vahid Xidmət” sistemini tətbiq edib
Bank VTB (Azərbaycan) müştəriləri üçün “Vahid Xidmət” sistemi adlı yenilik tətbiq edib. Bankdan "Marja"ya daxil olmuş məlumata görə, indi bankın bütün müştəriləri, o cümlədən fiziki və hüquqi şəxslər hesab açdıqları filiala bağlı olmadan bank əməliyyatlarını VTB (Azərbaycan)-ın istənilən filialında həyata keçirə bilər.
Yenilik, müştərilərə vaxtlarına əhəmiyyətli dərəcədə qənaət etməyə və onlar üçün bankın ən yaxın ofisinə müraciət etməyə imkan verir. Belə ki, “Vahid Xidmət” bankda cari, depozit, kart və kredit hesablarına aiddir. Müştərilər seçdiyi filialda əmanətlərini, cari və kart hesablarını artıra və ya qismən çıxara, əmanət müqaviləsinə vaxtından əvvəl xitam verə bilər.
Bankın ofisindən asılı olmayaraq, “Vahid Xidmət” sayəsində müştərilər kredit borcları üzrə tam məlumat əldə edə biləcək, borclarını bütövlüklə və ya qismən ödəyə biləcəklər. Yeni xidmət müştəriyə onun üçün ən rahat olan filialda qüvvədə olan sərəncamın parametrlərini dəyişməyə və ya ləğv etməyə, arayış və çıxarış almağa, ödəmə tapşırıqları verməyə imkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
- 9 d. əvvəl
- 17 d. əvvəl
- 37 d. əvvəl
- 53 d. əvvəl
-
54 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol






.jpg)
.jpg)







.jpg)







