“Marcom” “Cubics Technology” ilə birlikdə CRM-ləri audit edəcək
Bazar iştirakçıları üçün praktik marketinq həlləri təqdim edən “Marcom” Marketinq və Kommunikasiya şirkəti bulud sistemi (cloud) üzərində CRM Platformaları təqdim edən “Cubics Technology” şirkəti ilə birlikdə müştərilərin istəyi əsasında CRM platformalarının auditini həyata keçirəcək. CRM platformalarının auditi "Marcom" şirkətinin bazara təqdim etdiyi Marketinq Audit xidməti çərçivəsində həyata keçiriləcəkdir.
“Marcom şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə Marketinq Audit xidməti 2019-cu ilin əvvəlində yaranmış bir xidmətdir. Xidmətin yaradılmasında məqsəd bazarda fəaliyyət göstərən şirkətlərin marketinq baxımından sağlamlaşdırılmasına dəstək olmaqdır: “Bizə müraciət edən şirkətlər onlar üçün görülmüş marketinq işlərinin audit olunmasını istəyirlər. Bu müraciətlər içərisində CRM platformalarının doğru şəkildə audit olunması ilə bağlı müraciətlər də yer alır. CRM platformalarının incələnməsi kifayət qədər zaman və insan resursu tələb edən iş olduğu üçün bir çox hallarda iş yükün çox olması səbəbi ilə müştərilərə bu xidməti göstərə bilmirdik. Artıq bu məsələni "Cubics Technology" şirkəti ilə birlikdə daha sürətli şəkildə həll etməyi düşünürük.”
“Cubics Technology” şirkətinin icraçı direktoru Hacıağa Hacı isə öz növbəsində məsələ ilə bağlı bunları bildirdi: “Doğurdanda CRM platformalarının analizi uzun zaman alır. Bu gün bazar iştirakçıları xarici şirkətlərdən bahalı CRM platformaları almaqla bir növ özlərini onlardan asılı vəziyyətə salırlar. Bir çox hallarda şirkətlər müvafiq modulların alınması, texniki dəstəyin göstərilməsinə görə kifayət qədər böyük məbləğlər ödəyirlər ki, bu da şirkətin büdcəsinə ciddi şəkildə təsir edir. Şirkətlərin ödədikləri məbləğ qarşılığında aldıqları texniki dəstək isə yerli şirkətlərin ürəyincə olmur. Biz bu kimi halların aradan qaldırılması və müştərilərin maarifləndirilməsi istiqamətində şirkətlərlə daha sıx əlaqədə olacağıq. “Cubics Technology” şirkəti olaraq bizim kifayət qədər böyük IT infrastrukturumuz və insan kapitalımız var. Təqdim edəcəyimiz həllər sayəsində şirkətlər öz büdcələrinə kifayət qədər qənaət edəcəklər.”
Qeyd edək ki, “Cubics Techology” bazarda bulud sistemi üzərindən CRM platformaları təklif edən yeganə şirkətdir. Şirkətin yerli bazarda 30-dan çox müştərisi mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
-
12 d. əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 23 d. əvvəl
-
36 d. əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 52 d. əvvəl
-
1 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
20 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Rəsmi məzənnələr açıqlandı
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb







.jpg)














.jpg)
