Baş direktor: 2019-un birinci yarısında 500-ə yaxın şirkət bankımızda hesab açıb
"Ötən ilin birinci yarısı ilə müqayisədə 2019-cu ilin birinci yarısında Beynəlxalq Bankda yeni hesab açan korporativ müştərilərimizin sayı 27% artıb. Bankımız hazırda 17000-dən çox korporativ müştəri bazasına malikdir".
"Marja" xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli bildirib.
Bankının Baş direktoru əlavə edib ki, 2019-cu ilin birinci yarısı ərzində 500-ə yaxın korporativ müştəri Azərbaycan Beynəlxalq Bankında hesab açıb.
"Kiçik və orta sahibkarlıq sektoru bank üçün də, ümumən ölkə iqtisadiyyatı üçün də çox böyük perspektivlərə malikdir. Bank bu istiqamətdə fəallığı artırır. Kiçik və orta sahibkarlıq subyektləri Azərbaycan Beynəlxalq Bankı üçün yeni seqmentdir və biz bu seqmentdə fəaliyyət göstərən biznes subyektləri üçün maliyyə resurslarının əlçatanlığını təmin etmək istəyirik. İndi kiçik və orta sahibkarlıq subyektləri Azərbaycan Beynəlxalq Bankının yaratdığı imkanlar haqqında məlumatlıdırlar və bu imkanlardan istifadə etməyə başlayıblar", - Nərgizxanım Biləndərli bildirib.
Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlıq subyektlərinə krediti 84 ayadək müddətə, manatla 6%-dən başlayan illik faiz dərəcəsi ilə təklif edir.
Nərgizxanım Biləndərli qeyd edib ki, yaxın günlərdə kiçik və orta sahibkarlar üçün iki yeni məhsulun bazara təqdim olunması nəzərdə tutulur: "Bu məhsullardan biri “Tərəfdaşlarımıza anında dəstək krediti” olacaq. Digəri isə invoysların maliyyələşdirilməsi ilə bağlıdır. Müştəri loyallığını yüksəltmək üçün bankın korporativ müştəriləri müəyyən proqramların tətbiqini də planlaşdırırıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)






