“Norm” “Holcim”i keçib
Azərbaycanın iri sement istehsalçılarından biri olan “Norm” MMC 2018-ci ili 34 milyon 806 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, “Norm” 2017-ci ili 34 milyon 689 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, illik müqayisədə “Norm”un xalis mənfəəti cüzi artıb.
“Marja” şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2017-ci ildə sement satışından gəlir 126 milyon 272 min manat ikən, 2018-ci ildə 149 milyon 447 min manata qalxıb (18,3% artıb). Eyni zamanda, satışın maya dəyəri 75 milyon 693 min manatdan 86 milyon 973 min manata yüksəlib (15% artıb).
Gəlirlərin xərclərdən daha çox artması mənfəətin artmasında da əks olunub. 2017-ci illə müqayisədə ötən il mənfəət vergisindən əvvəlki mənfəət 24,7% artaraq 43 milyon 328 min manat təşkil edib. Ötən il “Norm” MMC 8 milyon 522 min manat mənfəət vergisi ödədiyindən mənfəəti 34 milyon 806 min manata düşüb. “Norm” 2017-ci ildə cəmi 42 manat mənfəət vergisi ödəmişdi. 2018-ci ildə mənfəət vergisinin ödənilməsi xalis mənfəətin daha çox artmasına imkan verməyib.
“Norm” MMC-nin rəqibi “Holcim Azərbaycan” ASC-nin də ötən il satışdan gəlirləri artıb. Amma cəmi gəlirləri “Norm”dan azdır.
Xəbər verdiyimiz kimi, 2017-ci illə müqayisədə 2018-ci ildə “Holcim Azərbaycan”ın satışdan gəlirlər 9 milyon 334 min manat və ya 8,7% artaraq 116 milyon 332 min manat təşkil edib. “Holcim Azərbaycan” 2018-ci ili 7 milyon 67 min manat xalis mənfəət ilə başa vurub. ASC 2017-ci ili 1 milyon 759 min manat xalis mənfəət ilə bağlamışdı.
2018-ci ildə “Norm” MMC “Holcim Azərbaycan”dan daha çox gəlir və xalis mənfəət əldə edib. Ötən il “Norm” “Holcim Azərbaycan”dan təxminən 5 dəfə çox xalis mənfəət qazanıb.
Qeyd edək ki, Azərbaycanda “Norm” və “Holcim Azərbaycan” ilə bərabər Qazax Sement Zavodu (Akkord Cement) və Naxçıvan Sement Zavodu da sement istehsalı ilə məşğul olurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
2 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 12 d. əvvəl
-
17 d. əvvəl
Media nümayəndələri “Made in Azerbaijan” brendini dünyaya tanıdan “Ulduz” fabriki ilə tanış olublar
-
37 d. əvvəl
"PAŞA Bank" bu iddiaya da cavab verdi - "12 MAYDA SƏHMLƏRƏ TƏLƏB TƏKLİFİ 100% + ÜSTƏLƏMİŞDİ"
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
-
3 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
-
3 saat əvvəl
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"PAŞA Bank" bu iddiaya da cavab verdi - "12 MAYDA SƏHMLƏRƏ TƏLƏB TƏKLİFİ 100% + ÜSTƏLƏMİŞDİ"
İkiqat bayram! - Qurban Bayramında BÖYÜK endirimlər!
“PAŞA Bank” 2025-cı ilin illik maliyyə nəticələrini açıqlayıb
Ən çox oxunanlar
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
"PAŞA Bank": 107 milyon manat dividend elan edilməsi barədə qərar qəbul olunacağını gözləyirik"
"PAŞA Bank": Bugünədək 13 min unikal investor yeni səhmləri almaq üçün sifariş yerləşdirib
"Ötən il “PAŞA Bank” dayanıqlı artımlar nümayiş etdirib"







.jpg)





.jpg)










