Azərbaycan neft hasilatının azaldılması müddətinin uzadılması ilə bağlı təklifi dəstəkləyib
Bu gün Vyanada ”OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 15-ci iclasında mövcud kvotalara dəyişiklik edilmədən neft hasilatının azaldılmasına dair “Əməkdaşlıq Bəyannaməsi”nin icra müddətinin daha 9 ay uzadılması təklif edilib.
Azərbaycan Energetika Nazirliyindən verilən məlumata görə, tədbirdə çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, ötən ilin dekabrında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” üzrə öhdəliklərin artıqlaması ilə yerinə yetirilməsi nəticəsində neftin kəskin ucuzlaşmasının qarşısı alınıb. Həm istehsalçı, həm də istehlakçıların maraqlarına cavab verən qiymət həddi formalaşdı:
“Lakin may ayının sonundan başlayaraq yenidən neftin ucuzlaşma tendensiyasını müşahidə edirik. Bu il qlobal neft tələbatının ötən illə müqayisədə 1 mln.140 min barrel artması ilə bağlı proqnozlara rəğmən bazarda həddindən artıq neft tədarükü var. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft ehtiyatları artmaqda davam edir. Qlobal neft təklifinin növbəti illərdə də tələbatı üstələyəcəyi gözlənilir. Ona görə də, tənzimləmə tədbirlərini davam etdirməklə neft hasilatının məhdudlaşdırılması ilə bağlı razılaşmanın müddətinin uzadılmasına ehtiyac var”, - deyə nazir əlavə edib.
Nazir çıxışında may və iyun aylarında Azərbaycanın gündəlik neft hasilatını 20 min barrel azaltmaqla bağlı öhdəliyini tam yerinə yetirdiyini və razılaşmanın qüvvədə olduğu 6 ay ərzində orta gündəlik neft hasilatının 125% icra edildiyini də qeyd edib.
Energetika naziri iclasda razılaşmanın müddətinin uzadılması təklifinə Azərbaycanın dəstək verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, neft hasilatının azaldılmasının daha 9 ay uzadılması ilə bağlı təklif bu gün OPEC Nazirlər Şurasının 176-cı iclasında da müzakirə ediləcək. Sabah isə OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 6-cı görüşündə qərarın qəbul ediləcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
-
8 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Qırğızıstan-Azərbaycan birgə fondunun kapitalı 100 milyon dollara yüksəldiləcək"
-
3 saat əvvəl
"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
























