Postsovet məkanında ən yaxşı hava limanı Bakıdadır
Heydər Əliyev Beynəlxalq Hava Limanı nüfuzlu "Skytrax World Airport Awards" mükafatına layiq görülmüşdür.
Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edir.
Mükafatın təntənəli təqdim olunması mərasimi martın 14-də Amsterdamda keçirilmişdir.
"The World Airport Awards" mükafatı hava limanı sənayesi üçün hava limanı müştərilərinin məmnuniyyətinin illik qlobal inspeksiyası zamanı sərnişinlər tərəfindən tanınan ən nüfuzlu qiymətləndirmə hesab olunur. Skytrax tərəfindən keçirilən və 550 hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil, və buna görə də, hava limanının mükəmməlik və keyfiyyəti üzrə obyektiv göstəricidir.
2017-ci il mükafatları inspeksiya dövründə keçirilən 105 ölkədən 13,82 milyon sərnişinin iştirak etdiyi sorğunun nəticələrinə əsasən təqdim edilir. Bütün dünya üzrə 550 hava limanını əhatə edən və hava limanının səyahətçilər üçün müxtəlif xidmətlərini və əsas fəaliyyət göstəricilərini - qeydiyyat, gəliş, transfer, alış-veriş, təhlükəsizlik, immiqrasiya və s. qiymətləndirən inspeksiya 2016-cı ilin iyul ayından 2017-ci ilin fevral ayına kimi keçirilmişdir.
Onu da qeyd edək ki, 2015-ci ildə Heydər Əliyev Beynəlxalq Hava Limanı Skytrax-ın nüfuzlu "4 ulduz" reytinqinə layiq görülmüşdür və bir daha bu yüksək səviyyəyə layiq olduğunu sübut etmişdir. Bu günədək dünyada yalnız 37 hava limanı bu reytinqə layiq görülmüşdür.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 3 d. əvvəl
-
55 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























