"Azərbaycana gələn hər bir idmançı 90 avro pul ödəyir"
"Bakı daha bir mötəbər yarışa ev sahibliyi edir. Festivalı qəbul edəcək bütün idman obyektləri, Atletlər Kəndi, bütünlükdə Bakı bu Festivala tam hazırdır".
Bunu gənclər və idman naziri Azad Rəhimov "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) ilə əlaqədar təşkil olunan mətbuat konfransında deyib.
Nazir bildirib ki, 48 ölkə atletlərin iştirakı ilə baş tutacaq 7 günlük festival atletlərdə, idman həvəskarlarında, jurnalistlərdə unudulmaz anlar, xoş xatirələrlə iz buraxacaq: "İdmançılara qələbə sevinci arzulayıram. İşlərə əsasən yerli mütəxəssislər cəlb olunub. 345 media nümayəndəsi bu yarışı işıqlandıracaq. Bunlardan 22-si xaricidir. Avropadan başqa heç bir qitədə belə bir Festival keçirilmir. İdmançılarımız böyük təcrübə toplayacaqlar. Açılış mərasiminə 6700 bilet satılıb. Təəssüflər olsun ki, bəzi arenalarda oturacaqların sayı azdır. Baxmaq istəyənlər isə çoxdur".
Rəhimov EYOF-un büdcəsi ilə bağlı suala belə cavab verib: "Azərbaycana bu yarış üçün gələn hər bir idmançı 90 avro pul ödəyir. Bura 3 dəfə yemək və qalmaq daxildir. Nəqliyyat və uçuş xərclərini hər bir ölkə özü ödəyir".
Nazir Azərbaycanın uğur qazanan yeniyetmə idmançıların böyüklərin mübarizəsində yüksək nəticə əldə edə bilməməsinə də toxunub: Yeniyetmənin böyüklərin səviyyəsinə çatması üçün illər keçməlidir. İdmançı 8-9 ildən sonra zədə ala bilər. Bu, çox uzun zamandır. Məqsədimiz odur ki, medal qazananları izləyək. Onlara tam şərait yaratmaq lazımdır. Gənclərin böyüklərin mübarizəsində uğur əldə etməməsi bizi də çox narahat edir. İnanıram ki, istedadlı idmançılar gələcəkdə daha yaxşı nəticələr əldə edəcəklər".
Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kotsiyançiç Bakıya gəldiyi üçün məmnun olduğunu söyləyib: "Mətbuat olmasa, biz ancaq kənd səviyyəsində olan yarışları təşkil edə bilərik. Bizim idman yarışlarımız daha kütləvi vüsət alır. KİV-in burada rolu çox önəmlidir. Avropa yeganə qitədir ki, gənclər üçün belə tədbir təşkil edir. Biz qış və yay festivalları təşkil edirik. Bu, yeniyetmələrin yarışdır. Təşkilati baxımdan heç bir Qış və Yay Olimpiya Oyunlarına mane olmuruq. Bakıdakı festival son üç festivalın ən böyüyüdür. İnanıram ki, bu tədbir mükəmməl səviyyədə təşkil olunacaq. Bu oyunların gələcəyi uğurlu olacaq".
Kotsiyançiç III Avropa Oyunlarının Polşanın Krakov şəhərində keçirilməsi ilə bağlı heç bir problemin olmadığını sözlərinə əlavə edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə bildirib ki, yarış gənc idmançıların gələcək uğurları baxımından əhəmiyyətlidir: "Məhz XV Avropa Gənclər Yay Olimpiya Festivalında qitənin gələcək idman ulduzları beynəlxalq arenada ilk ciddi addımlarını atır. Bütün iştirakçılar bu yarışda həyat boyu onlarla qalacaq dostluq və təcrübə əldə edəcək, festival onlara Olimpiya zirvəsinə gedən yolda əhəmiyyətli təkan olacaq. Ümidvarıq ki, Olimpiya bayrağı altında keçirilən yarışlar idmançıları gələcək böyük qələbələrə ilhamlandıracaq".
Qeyd edək ki, bu gün saat 20:00 da Bakı Kristal Zalında Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasimi keçiriləcək. Yarış iyulun 27-də yekunlaşacaq.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
2 gün əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
3 gün əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
3 gün əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
3 gün əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Martın 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
























