Mərkəzi Bankın Naxçıvan İdarəsində iclas
Naxçıvanda kredit qoyuluşu 19 milyon manata yaxın artıb
Naxçıvanda fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən bu il iyulun 1-dək muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 124 milyon 528 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 4 milyon 626 min manat, uzunmüddətli kredit qoyuluşu isə 119 milyon 902 min manat təşkil edib. Kredit qoyuluşu keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon 984 min manat artıb.
Bu faktlar Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən iclasda səsləndirilib.
İdarənin sədri Elvin Axundov iclasda çıxış edərək bildirib ki, Mərkəzi Bankın kreditləşmədə əsas məqsədi aqrar sektorun inkişafı, ixraca yardım və daxili bazarın müdafiəsi, kiçik və orta sahibkarlığın inkişafına nail olmaqdır. Eyni zamanda, muxtar respublika əhalisinə verilmiş 41 milyon 35 min manat məbləğində şəxsi istehlak kreditləri, daşınmaz əmlak alınması üçün 15 milyon 545 min manat məbləğində ipoteka kreditləri vasitəsilə vətəndaşların şəraitinin yaxşılaşdırılması ilə bərabər real sektor da dəstəklənib.
Kredit təşkilatları tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində 115 fiziki və hüquqi şəxsə 143 olmaqla, 3 milyon 379 min manat dəyərində lizinqə verilmiş kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilib.
“Banklar tərəfindən 1 iyul 2019-cu il tarixə 81 min 855 müştəriyə xidmət göstərilib. Xidmət olunan hesabların 72 min 483-ü işlək hesab olub. Bu dövrdə 13 min 460 müştəriyə yeni bank hesabı açılıb. Həmin hesabların 13 min 412-si fəaliyyət göstərir” – deyən Elvin Axundov diqqətə çatdırıb ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 20 milyon 363 min manat olub. İyulun 1-dək, ümumilikdə, 111 ədəd bankomat quraşdırılıb.
Elvin Axundov bildirib ki, gələcəkdə də muxtar respublikada fəaliyyət göstərən bütün bank qurumları qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirməklə elektron ödəniş məkanının formalaşdırılması, nağd pul kütləsinin bank dövriyyəsinə cəlb edilməsi, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, verilən kreditlərin daha çox real sektora istiqamətləndirilməsi və təyinatına uyğun istifadəsinə nəzarət, pul dövriyyəsinin təşkilinin daha da müasirləşdirilməsi, nağdsız hesablaşmaların miqyasının artırılması, yeni bank xidmətlərinin yaradılması prioritet sahə kimi nəzarətdə saxlanılaraq icrası təmin ediləcək.
Məruzə ətrafında çıxışlar olub.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Ən çox oxunanlar
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir

























