"O binalarda üzlüklərin sökülməsinə tərəfimizdən qərar verilib"
Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası ASC bəzi kütləvi informasiya vasitələrində yayılan Korporasiya tərəfindən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllədə inşa edilmiş yaşayış kompleksində aparılan söküntü-quraşdırma işləri ilə əlaqədar informasiyalara aydınlıq gətirib.
ASC-dən bildirilib ki, Akkord Sənayə Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş “Uğur-2” yaşayış kompleksində sakinlərin tam təhlükəsizliyinin təmin edilməsi məqsədilə binaların fasad hissələrinin üzlənmiş üzlük materiallarının yanğına davamlı olması barədə və çətin yanan materiallar qrupuna aid olması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafzə Xidmətinin müvafiq rəyinin olmasına baxmayaraq tərəfimizdən həmin üzlüklərin sökülməsinə qərar verilib:
"Söküntü işlərinin icra olunduğu müddətdə təhlükəsizliyi təmin etmək məqsədilə bir sira tədbirlər görülüb. Belə ki, ümumilikdə prosesə nəzarətin təmin edilməsi və sakinlərin narahatlığının azaldılması üçün Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri ilə müqavilə bağlanıb, yaşayış kompleksi daxilində xüsusi postlar yerləşdirilib. İşlər tamamilə texniki təhlükəsizlik qaydalarına uyğun şəkildə aparılır. Qış mövsümündə hava şəraitinin əlverişliz olması ilə əlaqədar, söküntü işlərinin yay aylarında həyata keçirilməsi məqsədəuyğun hesab edilib".
Qeyd edilib ki, yaşayış kompleksində icra edilən söküntü-quraşdırma işləri hissə-hissə təmin edildiyindən, kompleksin daxilində bir sıra yerlər, eyni zamanda yaxınlıqda yerləşən parklar sakinlərin xidmətinə verilib:
"Aldığımız məlumata əsasən, həmin əraziyə verilən qaz xəttində məhdudiyyətlər olsa da, hazırda qazın verilməsi təmin olunub.
“Uğur-2” yaşayış kompleksində mövcud mənzillərin (əksəriyyətinin) satışı 25 illik ipotekə krediti vasitəsilə həyata keçirilib. Sakinlərin 73%-i hələ də tam ödəniş etməyiblər. Bəzi sakinlərin mənzil alma peşmançılıqları ilə bağlı korporasiyaya hər hansı şikayət daxil olmayıb, əks təqdirdə, müqavilələrə yenidən baxıla bilər.
Mənzillərə dövlət reyestrindən çıxarışların alınması üçün zəruri tədbirlər həyata keçirilir. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq rəyi alınmış, eyni zamanda hüquqi və texniki sənədləşdirmə işləri aparılıb. Cari ilin sonunadək binaların təhvil verilməsi və mənzillərin çıxarışla təmin edilməsi yekunlaşdırılacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























