Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası yaradılıb, sədr seçilib
Ölkədə balıqçılıqla məşğul olan fiziki və hüquqi şəxslərin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər, eləcə də Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyi təsis olunub.
Bu barədə Azərbaycan Kənd Təsərürfatı Naziriliyindən bildirilib.
Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində hər iki nazirliyin nümayəndələrinin, balıqçılıqla məşğul olan sahibkarların iştirakı ilə təsis yığıncağı keçirilib.
“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası”nın əsas məqsədi ölkədə təbii resurslardan səmərəli istifadə olunmaqla balıqçılığın inkişafı, balıqçılıq təsərrüfatında yeni texnologiyaların istifadəsi və ekoloji tarazlığın qorunmasına nail olmaqdır.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov ölkədə aqrar sahənin inkişafı ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Araz İsmayılov yeni yaradılan Assosiasiyanın balıqçılıq sahəsində xidmətlərin, müasir texnika və avadanlıqlar ilə təminatın təşkili, rəqabətə davamlı və ekoloji təmiz məhsulların istehsalının təşviqinə öz töhfəsini verəcəyinə əmin olduğunu vurğulayıb.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru və Nazirliyin Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamentinin direktor əvəzi Mehman Axundov qeyd ediblər ki, “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” balıqçılıq sahəsi ilə bağlı təkliflər hazırlaya və aidiyyati qurumlara göndərməklə bu sahənin inkişafına öz dəstəyini göstərə bilər. Qeyd olunub ki, Assosiasiya öz fəaliyyətini balıqçılıqla məşğul olanların bilik və bacarıqlarının artırılması, fermerlərin yeni innovativ metodlarla tanış olması istiqamətində quracaq.
Tədbirdə balıq istehsalı ilə məşğul olanlar çıxış edərək “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin işində fəal iştirak edəcəklərini bildirib, təkliflərini səsləndiriblər.
Sonra tədbir iştirakçılarının təklifi əsasında Assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul olunub. İclasda 14 üzvdən ibarət olmaqla İdarə Heyətinin tərkibi formalaşdırılıb. “Furqan Balıq” MMC-nin direktoru Zaur Salmanlı Assosiasiyanın İdarə Heyətinin sədri seçilib.
Sonda Assosiasiyanın gələcək fəaliyyəti və balıqçılığın inkişafı ilə bağlı müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
3 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
4 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı












.jpg)






.jpg)


