Azərbaycanda oyuncaq brendi bazara daxil olub
(®) Oyunlar kimi oyuncaqlar da uşaq və yaşlı nəsil üçün bir çox məqsədlərə xidmət edir. Yaşlı nəsil üçün oyuncaqlar nəinki əyləncə, həmçinin zehni təlim rolunu oynayır. Məktəbyaşlı uşaqlar üçün təlim oyuncaqları adətən puzzle, başsındıran məsələlərdən ibarət olur.
Qeyd edək ki, uşaqların böyümə prosesində ətraf mühitin dərk olunmasında oyuncaqların, ümumiyyətlə oyunun vacib rolu var. Oyuncaqlar uşaqların həyatdakı oxşarlıqları aşkarlamasına, daha sağlam böyüməsinə, səbəb nəticə əlaqəsinin, münasibətlərin dərk olunmasına və gələcəkdə onlara lazım olacaq bacarıqlara yiyələnməsinə kömək edir.
Azərbaycanda oyuncaq istehsalı demək olar ki, olmadığına görə valideynlər uşaqları üçün xarici istehsal oyuncaqlarını almaq məcburiyyətində qalırlar. Bunun ən böyük mənfi tərəfi Azərbaycan dilində oyuncaqların demək olar ki, yox səviyyəsində olmasıdır. Məhz bu səbəbdən "İlab" MMC İyul ayından etibarən bazara yeni Düzqoş brendi ilə daxil olur.
Ekoloji təmiz taxtadan istehsal olunan, Coğrafiya, Zoologiya, Materiklər seriyası olan əyləncəli, maarifləndirici, öyrədən puzzle-larını qutu.al saytından əldə etmək olar.
Xüsusi qeyd: İlk 10 gündə sifariş edənlərə çatdırılma pulsuz olacaq. Sifariş üçün 050 272 20 17 nömrəsilə əlaqə saxlaya bilər və ya qutu.al saytından sifarişinizi verə bilərsiniz.
Düzqoş brendi ilkin etapda 3 yaşından yuxarı uşaqlar üçün heyvanlar aləmi puzzle-ları ilə, 5 yaşından yuxarı nəsil üçün Azərbaycan və dünya xəritəsi puzzle-larını təklif edir. Xəritə puzzle-ları nəinki yeniyetmələr üçün, həmçinin yaşlı nəsil üçün çox maraqlı və əyləncəli olacaq.
Uşaqlar həm Düzqoş puzzle-ların sayəsində Azərbaycan dilində heyvanlar aləmini öyrənəcək, həm də materiklərin zoologiya aləmi ilə yaxından tanış olacaqlar. Böyüklər üçün nəzərdə tutulmuş Xəritə puzzle-lar isə Azərbaycan rayonlarını və dünya ölkələrini kəşf etməkdə yardımçı olacaqdır.
"İLAB" MMC-nin istehsalı olan materiklər və heyvanlar aləmi seriyalı DÜZQOŞ puzzle-ları 2+ yaşlar üçün nəzərdə tutulduğundan və istifadə yaş aralığında uşaqların çoxluğunu əsas tutaraq, həmin məhsullarda heç bir kimyəvi maddələrdən istifadə olunmamışdır. Oyuncaqların materialı taxtadandır və təhlükəsizdir.
Övladlarınızın əylənərək öyrənməsini istəyirsinizsə, özünüz və övladınız üçün bir DÜZQOŞ məhsulu alın, həm siz əylənin, həm də övladlarınız öyrənsin.
Siz sifariş edin, biz DÜZQOŞ edərik!
050 272 20 17





Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 1 saat əvvəl
-
-
3 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
4 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
4 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq
















.jpg)


.jpg)
