“Turanbank”dan cəlb etdiyi 10 milyon manat ilə bağlı açıqlama
“Qara Dəniz Ticarət və İnkişaf Bankı tərəfindən yerli valyutada cəlb edilmiş vəsait Bankımızın strategiyasına müvafiq olaraq mikro, kiçik və orta sahibkarlara dəstək proqramları çərçivəsində qeyri-neft sektorunun, regionların inkişafına yönəldiləcəkdir”.
“Marja”nın məlumatına görə, bunu “Turanbank”ın İdarə Heyətinin sədr müavini Orxan Qarayev Azərbaycan qiymətli kağızlar bazarında Qara Dəniz Ticarət və İnkişaf Bankının ilk istiqraz emissiyası ilə bağlı keçirilmiş tədbirdə çıxışı zamanı bildirib.
“Bankımızın əsas məqsədi hər zaman real sektorun, xüsusilə də kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıraraq sahibkarlıq subyektlərinin inkişafına dəstək verməkdir. Bu istiqamətdə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığa böyük önəm veririk. O cümlədən, “Turanbank” 2011-ci ildən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq edir. “Turanbank” həm daxili resursları, həm də beynəlxalq təşkilatlardan cəlb etdiyi vəsaitlər hesabına ölkənin müxtəlif regionlarında real sektora davamlı dəstək göstərməkdə davam edir”,- Orxan Qarayev deyib.
Xəbər verdiyimiz kimi, beynəlxalq maliyyə təşkilatı tərəfindən ilk dəfə Azərbaycan Manatında istiqraz buraxılıb. Belə ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı hər birinin nominal dəyəri 1000 manat olan 10 min ədəd istiqraz emissiya edib. 01 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Qara Dəniz Ticarət və İnkişaf Bankının 10 milyon manatlıq korporativ istiqrazları üzrə hərrac keçirilib.Hərrac nəticəsində 10 milyon manatlıq istiqraz həcminə ümumi tələb 81 milyon manatdan çox təşkil etmiş (8 dəfə çox), orta illik faiz dərəcəsi 7,16%, maksimal faiz həddi isə kəsmə qiymət üzrə 7.25% həcmində qeydə alınmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
-
33 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)


















.jpg)
