“Gilan Holding”in təşkilatçılığı ilə keçirilən Musiqi Festivalı yekunlaşdı
(®) 11 il ərzində müxtəlif musiqi çalarlarının Azərbaycanda təbliği dövrünü yaşadan və musiqi sevənlərin qəlbində xüsusi yer tutan Qəbələ Beynəlxalq Musiqi Festivalı bu ildə sonuncu konsertini keçirib.
11 ölkədən 200 nəfərdən artıq musiqiçinin iştirakı ilə baş tutmuş konsertlər silsiləsində Azərbaycanın müxtəlif bölgələrindən və xaricdən gəlmiş çoxsaylı musiqi həvəskarları canlı ifaları dinləməyə imkan əldə ediblər. Bu musiqinin özəlliyi tək canlı ifa ilə kifayətlənmir, bununla yanaşı onun nəcibliyi və zənginliyi dinləyicilərin ürəklərinə yol tapa bilir. Milli və beynəlxalq klassik musiqi irsinin bir sıra maraqlı nümunələri XI Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramında yer almışdır.
Builki Festival Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən Azərbaycana dəvət almış dünyada tanınmış dirijorların, görkəmli musiqiçilərin, simfonik və kamera orkestrlərin, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivlərinin çıxışları ilə yadda qalıb.
Avqustun 5-də Qəbələ Mədəniyyət Mərkəzində Festivalın yekun konserti keçirilib. Bağlanış mərasimində “Kiyev virtuozları” simfonik orkestrinin müşayiəti ilə tamaşaçılara “Viva opera” konsert proqramı, İtaliyalı musiqiçi Alvize Kazellatinin dirijorluğu ilə C.Verdinin, C.Rossininin, P.Sorozabalın, Ş.Qunenin, E.Kornqoldun, C.Puççininin əsərləri dinləyicilərə təqdim edilib. Festivala Rusiya, Litva və Özbəkistandan dəvət almış solistlər Mariya Buynosova, Modestas Sedleviçius və Umid İsrailovun müxtəlif səs diapazonları ilə seçilən ifaları tamaşaçılara xüsusi zövq yaşadıb. Konsertin sonunda bütün solistlər birlikdə C.Verdinin “Travita” operasından “Brindisi” hissəsini ifa ediblər.
Xatırladan ki, altı gün davam edən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin və “Gilan Holding”-in təşkilatçılığı ilə keçirilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























