13 bankın əməliyyat mənfəəti artıb
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün bu ilin yanvar-iyun aylarındakı əməliyyat mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub.
Bunlar "Bank Respublika", "Muğan Bank", "Bank BTB", "Azərbaycan Sənaye Bankı", "PAŞA Bank", "Zıraat Bank Azərbaycan", "Premium Bank", "Kapital Bank", "Rabitəbank", "Xalq Bank", "Azərbaycan Beynəlxalq Bankı", İran Milli Bankının Bakı filialı və "Yapı Kredi Bank Azərbaycan"dır. Ən yüksək dinamika "Bank Respublika"da (7,4 dəfə), ən aşağı dinamika isə "Yapı Kredi Bank Azərbaycan"da (2,1%) qeydə alınıb.
6 bankın - "Naxçıvan Bank", "Bank Avrasiya", "Nikoyl Bank", "AFB Bank", "Günay Bank" və "Turan Bank" isə əməliyyat mənfəəti illik müqayisədə azalıb. Ən çox azalma "Turan Bank"da (86,8%), ən az azalma isə "Naxçıvan Bank"da (5,1%) qeydə alınıb.
3 bankın - "AGBank", "Atabank" və "Bank of Baku"nun əməliyyat zərəri artıb. Müvafiq olaraq 77,9%, 54,5% və 12,3%.
2 bankın - "Amrah Bank" və "Bank VTB Azərbaycan"ın isə əməliyyat zərəri azalıb. Müvafiq olaraq 27,4% və 76,5%.
4 bank - "Access Bank", "Azər-Türk Bank", "Express Bank" və "Unibank" bu ilin I yarısında əməliyyat mənfəəti əldə etsə də, ötən ilin eyni dövründə əməliyyat zərərinə uğrayıb, 2 bank - "NBC Bank" və Pakistan Milli Bankının Bakı filialı isə bu ilin yanvar-iyun aylarında əməliyyat zərəri ilə üzləşib, ötən ilin eyni dövründə isə əməliyyat mənfəəti əldə edib. Odur ki, bu bankların əməliyyat mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.
7 bank bu il əməliyyat zərərinə uğrayıb
30 bankdan 7-si bu ilin yanvar-iyun aylarında əməliyyat mənfəəti əldə etməyib.
Bunlar Pakistan Milli Bankının Bakı filialı, "NBC Bank", "Atabank", "Bank VTB Azərbaycan", "Amrah Bank", "AGBank" və "Bank of Baku"dur. Əməliyyat zərərinin ən aşağı həddi Pakistan bankında (241 min manat), ən yuxarı həddi isə "Bank of Baku"da (26,052 milyon manat) qeydə alınıb.
Qalan 23 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən aşağı göstərici "Turan Bank"da (85 min manat), ən yuxarı göstərici isə "Azərbaycan Beynəlxalq Bankı"nda (164,043 milyon manat) qeydə alınıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 48 d. əvvəl
-
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
3 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
13 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


























