Qızışan ticarət müharibəsi Asiya birjalarını vurdu
Ticarət müharibəsində davam edən əlavə gömrük tarifləri ilə qarşılıqlı cavab tədbirləriləri Bazar ertəsi günü əməliyyatlarda Asiya birjalarında kəskin geriləmələrə səbəb olub
ABŞ Prezidenti Donald Tramp, Çinin Amerika məhsullarına tətbiq etdiyi əlavə gömrük vergilərinə (tariflərinə) cavab olaraq, Çinə qarşı gömrük vergilərini 5 faiz artırdıqlarını bildirməsinin ardından iki ölkə arasında daha da gərginləşən ticarət müharibəsi Asiya Birjalarında kəskin azalmalara səbəb olub.
"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, Amerika şirkətlərindən Asyanın ən böyük iqtisadiyyatı olan Çindən çəkilmələrini istəyib.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
Asiya birjalarında səhmlər ucuzlaşıb, ən sərt geriləmələr Honq Konq və Tokioda baş verib.
İndeks Xülasələri
- MSCI Asiya Sakit Okean İndeksi 1.6 faiz geriləyib.
- Yaponiyanın Topix İndeksi 1.8% düşüb.
- Honq Konqun Hang Seng İndeksi 2.8% düşüb.
- Şanxay Birləşmiş İndeksi 1.2% azalıb.
- Cənubi Koreyanın Kospi İndeksi 1.5 faiz geriləyib.
- Avstraliyanın S&P/ASX 200 İndeksi 1.5% azalıb
ÇİNDƏN ABŞ-IN ƏLAVƏ VERGİLƏRİNƏ CAVAB
Xəbər verdiymiz kimi, Çin, ABŞ-ın əlavə vergi qərarına cavab olaraq 75 milyard dollarlıq ABŞ məhsullarına vergi tətbiq edəcək.
Çin rəsmi qurumlarından verilən məlumata görə, gömrük tarifləri; 1 Sentyabr və 15 Dekabr olmaqla 2 mərhələdə tətbiq ediləcək.
Çin 1 Sentyabrdan etibarlı olmaqla ABŞ-dan idxal edilən soyaya 5 faiz əlavə, xam neft idxalına 5 faiz tarif tətbiq edəcək. 15 Dekabrdan etibarən etibarlı olmaqla isə ABŞ avtomobillərinə 25 faiz tarif tətbiq edəcək.
"ÇİN AMERİKA MƏHSULLARINA VERGİLƏR TƏTBİQ ETMƏMƏLİ İDİ"
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trump, Çinin Amerika məhsullarına tətbiq etdiyi əlavə gömrük vergilərinə cavab olaraq, bu ölkəyə qarşı gömrük vergilərini 5 faiz artırdıqlarını bildirib.
"Marja" xəbər verir ki, Tramp, "Twitter" hesabından verdiyi açıqlamada, ABŞ-ın hər il Çin üzərindən yüz milyardlarla dollar itirdiyini və bunun bir sonu olmadığını, əvvəlki ABŞ rəhbərlərinin buna imkan verdiyini bildirib.
Özünün belə bir ticarət əlaqəsinə icazə verməyəcəyini vurğulayan Tramp, "Ədalətli ticarəti təmin etmək üçün bu çox ədalətsiz ticarət əlaqəsini tarazlaşdırmalıyıq. Çin, 75 milyard dollarlıq Amerika məhsullarına yeni gömrük vergiləri tətbiq etməməli idi", - İfadəsini istifadə edib..
Çinin bu qərarı siyasi səbəblərlə verdiyini bildirən Tramp, "1 Oktyabrdan etibarən Çindən gələn və hazırda 25 faiz gömrük vergisi tətbiq edilən 250 milyard dollarlıq məhsullara 30 faiz vergi tətbiq etməyə başlayacağıq. Bundan başqa, hazırda 10 faiz vergi tətbiq edilən 300 milyard dollar dəyərindəki Çin məhsullarına da 1 Sentyabrdan etibarən 15 faiz verginin tətbiq edilməsinə başlanacaq. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm", - açıqlamasını edib.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
28 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim





























