50 fermer mağazası, 20 min iş yeri
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə 2015-ci illə müqayisədə Azərbaycanın real ÜDM-i 1,235 mlrd. manat artacaq.
Bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə yer alan məlumatda deyilir.
Sənəddə vurğulanıb ki, burada birbaşa təsirin təxminən 575 mln. manat, dolayı təsirin isə 660 mln. manat olacağı gözlənilir. Bundan başqa, ölkənin regionları üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 20 min yeni iş yeri açılacaq.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan
tədbirlər üzrə 2020-ci ilədək (2015-ci illə müqayisədə) aşağıdakı əsas hədəf
indikatorları müəyyən edilib:
- ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz artması;
- pambıq istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 4 dəfə artması;
- barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə
artması;
- 2020-ci ilə kimi hər regionda uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə
25 kiçik və orta sahibkarlıq subyektinin yaranması;
- əlavə 665 milyon manat maliyyə vəsaitinə çıxış imkanının yaradılması;
- inzibati rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsinin
hazırlanması;
- istehsalçıların suvarma suyu ilə təminatının 20 faiz artması;
- istifadəsiz, lakin kənd təsərrüfatı üçün yararlı torpaqların əkin dövriyyəsinə
qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz artması;
- kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən minneral gübrələrdən
istifadənin 25 faiz artması;
- kənd təsərrüfatı məhsulları istehsalçılarının bitki mühafizəsi vasitələrindən
istifadəsinin 25 faiz artması;
- kənd təsərrüfatı məhsulları istehsalçılarının sertifikatlı toxumlardan, eləcə də
tinglərdən istifadə səviyyəsinin 90 faizə çatdırılması;
- kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla,
eləcə də kiçikhəcmli texnika, maşın və avadanlıqlarla təminatının 20 faiz
artması;
- bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsil alanların
sayının 20 faiz artması;
- özəl baytarlıq xidməti göstərənlərin sayının 30 faiz artması;
- paytaxtda və iri şəhərlərdə 5 "yaşıl market"in və 50 “fermer mağazası”nın
qurulması;
- 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsullarının ixracı üzrə 200 fermerin
ixtisaslaşması;
- suvarılan torpaqların 30 faizinin meliorativ vəziyyətinin yaxşılaşdırılması.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)



.jpg)
