Beynəlxalq Bank dividend ödəyib, səhmlərini geri ala bilər - YIĞINCAQ ÇAĞIRDI
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının diqqətinə çatdırır ki, 11 oktyabr 2019-cu il tarixində saat 15 00 -da, Bakı şəhəri, Salyan Şosesi, 1023 ünvanında, “Ramada Baku” mehmanxanasında “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcəkdir.
“Marja” “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 2018-ci ilin maliyyə hesabatının təsdiq edilməsi, 2018-cı ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi, 2019-cu ilin 9 ayı üzrə Bankın maliyyə hesabatının nəzərdən keçirilməsi, “Aqrarkredit” BOKT QSC-yə ötürülməsi nəzərdə tutulan, lakin ötürülməyən problemli aktivlərin Bankın balansından silinməsi, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağının əsasnaməsinin təsdiq edilməsi, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin törəmə investisiya şirkətinin yaradılması,Bankın səhmdarlarının səhmlərinin Bank tərəfindən geri alınması və digər məsələlər daxil edilir.
“Qeyd edirik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-ci maddəsinin 107- 3.1-ci bəndinə əsasən Siz Ümumi Yığıncaqda iştirak hüququnuzu bilavasitə özünüz və ya nümayəndə vasitəsilə həyata keçirə bilərsiniz. Yığıncaqda özünüz iştirak edəcəyiniz halda, Siz qeydiyyat üçün şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz. Yığıncaqda nümayəndəniz iştirak edəcəksə, qeydiyyat üçün onun tərəfindən adına qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.
Yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə materiallarla 07.10.2019-cu il tarixdən 08.10.2019-ci il tarixədək saat 1000 -dan 13 00 -dək Bakı şəhəri, Nizami küçəsi, 67 ünvanında şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə tanış ola bilərsiniz. Nümayəndə tərəfindən əlavə olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Diqqətinizə çatdırırıq ki, iclasda iştirak edəcəyiniz təqdirdə, iştirakınızı təsdiq etmək üçün 25.09.2019-cu il tarixinədək 051 206 23 31 telefon nömrəsi ilə Bankla əlaqə saxlamağınız zəruridir”,- elanda deyilir.
22.07.2019-cu il tarixinə olan məlumata görə, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamanmə kapitalının 91.40%-i Maliyyə Nazirliyinə, 3.76%-i Əmlak Məsələləri Dövlət Komitəsinə, 0.13 %-i "Aqrarkredit" QSC-yə, 0.32%-i hüquqi şəxslərə və 4.39%-i fiziki şəxslərə məxsusdur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir























