Hyundai “Bir maşın sevinc” KSM layihəsi həyata keçirdi
(®) Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi “Auto Azerbaijan” şirkəti Sentyabrın 13-də “Bilik Günü” münasibətilə “Bir maşın sevinc” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirdi.
Şirkət layihə çərçivəsində Xaçmaz, Quba, Qusar rayonlarının ucqar kəndlərində yaşayan 40 nəfər aztəminatlı ailənin övladını yeni tədris ilində sevindirib. Hyundai sahibi könüllülərədən və şirkətin səlahiyyətli şəxslərindən ibarət maşın karvanı Laza, Susay və Çarxı kəndlərinə səfər edərək 1-4-cü sinif uşaqlarına məktəbli ləvazimatları hədiyyə edib.
Adətən belə yürüşlərdə nisbətən köhnə illərin buraxılışı olan avtomobillər iştirak edirlər. Lakin şirkətin yayımladığı video və şəkillərdən də göründüyü kimi yürüşdə 2019-cu il istehsalı Tam Yeni Santa Fe, Yenilənmiş Tucson, Yenilənmiş Elantra və Accent modelləri iştirak edib.
Şirkət “Sən də varsan”, “Ailəsini qəzada itirmiş uşaqlara yardım” və “Yaşıl ofis” kimi KSM layihələri ilə diqqəti aktual mövzulara çəkə bilmişdir. Son zamanlar isə “Auto Azerbaijan” şirkəti müxtəlif maarifləndirici tədbirlər və vasitələrlə məktəbliləri əhatə edən layihələr etməkdədir. Belə ki, 2017-ci ildə həyata keçirilən “Zolağı Pozma” KSM layihəsindən sonra edilən bütün tədbirlər məktəblilərin maarifləndirilməsi yönündə olmuşdur. Bu ilin Yanvar ayında uşaqlar üçün “Yol Hərəkəti Qaydaları” kitabı və müxtəlif tarixlərdə servis mərkəzinə təşkil olunan ekskursiyalar şirkətin bu sahəni prioritet sahə kimi seçdiyini göstərməkdədir. Şirkət rəsmiləri tərəfindən verilən məlumatda bu tip layihələrin bu ilin sonuna kimi davam edəcəyi bildirilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























