Banan idxalçıları xalqı soydular?
Novruz bayramında əksər meyvə və tərəvəzlərin qiymətinin qalxdığı müşahidə olundu. Meyvələr arasında armud və bananın daha çox bahalaşdığı diqqəti çəkirdi.
Armud 3 manatdan 5.00 - 5,50 manata, banan isə Bakıda 2.50 - 2.60 manatdan 3.00 - 3.50 manata, rayonlarda isə 3 manatdan 4 manata bahalaşıb.
Bazarlarda ticarət ilə məşğul olan şəxslər “Marja”ya bildirdilər ki, bayramdan əvvəl çəkisi 18,5 kq olan bananın yeşiyi 50 manatdan 64 manata qaldırıdı (təxminən 30%). Bununla əlaqədar olaraq bananın pərakəndə satış qiyməti də artırılıb.
Banan ən çox istehlak edilən meyvələrdən biridir.
Azərbaycana banan əsasən Qvatemala və Kosta Rikada idxal olunur.
Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, ötən il Azərbaycana Kosta Rika və Qvatemaladan 21,5 min ton - 2015-ci ildəkindən 10 faiz çox banan gətirilib.
DGK-nın hesabatında deyilir ki, 2016-cı ildə 1 kq banan 93 sentə (təxminən 1,50 manat), bir il əvvəlsə 83 sentə - ovaxtkı məzənnə ilə 90 qəpiyə rəsmiləşdirilib. Bu qiymətlərə orta hesabla 36 faiz gömrük vergi və ƏDV (cəmi 50 qəpik) də əlavə olunsa, idxalçıların əvvəlki kimi yüksək qazanc götürmədiyi bilinir. Ola bilsin ki, bu səbəbdən bananın bu ildən topdansatış qiyməti qaldırılıb.
Bunu da qeyd edək ki, manat dəyərsizləşsə də, pərakəndə ticarətdə bananın qiyməti son iki ildə, demək olar, dəyişməmişdi. Dövlət Statistika Komitəsi (DSK) monitorinqinin nəticələrinə görə, ötən il ərzində qiymətlər 2 manat 75 qəpiklə 2 manat 40 qəpik arasında dəyişib. Manatın məzənnəsi dollardan yüksək olduğu dövrdə də banan təxminən bu qiymətə satılırdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 44 d. əvvəl
-
-
10 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
11 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Şəkər ixracı 4 dəfədən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb






.jpg)










.jpg)








