Azərbaycanda kombaynlar ilə kütləvi pambıq yığımına başlanıldı
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, Salyan rayonunun Maraşlı kəndində kütləvi pambıq yığımına start verilməsinə həsr olunmuş tədbir keçirilib.
Kənd Təsərrüfatı naziri İnam Kərimov, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri və pambıqçı fermerlərin iştirak etdiyi tədbirdə 2 kombaynla yığım prosesinə start verilib.
Yığımın start verildiyi fermer təsərrüfatının rəhbəri Sürəddin Quliyev bildirib ki, 4 hektar sahədə pambıq əkini ilə bağlı “MKT” MMC ilə müqavilə bağlayıb. O, bu il hər hektardan 50 sentnerdən artıq məhsul proqnozlaşdırdığını deyib.
Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, artıq respublikanın bütün rayonlarında kütləvi pambıq yığımı prosesinə başlanılıb. Əvvəlki illərdən fərqli olaraq bu il fermerlər tərəfindən pambıq əkini üçün daha məhsuldar sahələr seçilib:
“Bu il 100 min hektar sahədə pambıq əkini həyata keçirilib. İlin əvvəlindən aqrotexniki qaydalara düzgün əməl edilməsi, səpinin vaxtında aparılması, düzgün sortların seçilməsi, gübrə ilə təminatın vaxtında həyata keçirilməsi, suvarmanın təşkili sayəsində yüksək məhsuldarlıq gözlənilir. Bütün bitkilərdə olduğu kimi, pambıqda da məhsuldarlıqda əsas məqamı yığım təşkil edir. Bu gün respublikamızda yığım kombaynlarla həyata keçirilir və bu il ötən ilə nisbətən yığımın 90 faizinin kombaynlarla həyata keçirilməsi nəzərdə tutulur. Cari ildə pambıq yığımı daha sürətli, daha operativ həyata keçiriləcək”.
Daha sonra tədbir iştirakçıları Neftçala rayonunun Xol Qaraqaşlı kəndində fermer Əlibala Səlimova məxsus 30 hektarlıq pambıq sahəsinə baxış keçiriblər. Fermer Əlibala Səlimov bildirib ki, “P-Agro” MMC ilə müqavilə bağlayıb və bu il hər hektardan 60 sentnerdən artıq məhsul olacağı gözlənilir. Sahəyə baxışdan sonra 2 kombaynla yığım prosesinə start verilib.
“Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanov qeyd edib ki, hazırda mexanikləşdirilmiş üsulla pambıq yığımına 435 kombayn cəlb olunub, ehtiyatda isə 34 kombayn saxlanılır.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov bu il pambıq becərilməsi zamanı aqrotexniki qulluq qaydalarına daha düzgün riayət edildiyini, gübrə təminatının vaxtında həyata keçirildiyini deyib. Bu amillərin məhsuldarlığa müsbət təsir göstərəcəyini deyən şöbə müdiri bildirib ki, nazirlik tərəfindən 2019-cu ildə də pambıqçılıq sahəsində müasir innovativ üsullar tətbiq olunub. Ucar rayonu ərazisində 10 hektar sahədə Çin texnologiyası əsasında müasir üsullarla pambıq əkini həyata keçirildiyini xatırladan İmran Cümşüdov sınaq əkinlərinin uğurlu nəticə verdiyini söyləyib. Onun sözlərinə görə, həmin sahənin hər hektarından 90 sentnerdən çox məhsul götürüləcəyi proqnozlaşdırılır.
Tədbir iştirakçıları fermer Əlibala Səlimovun sahəsində və ümumiyyətlə, respublikanın pambıq sahələrində bu il gözlənilən yüksək məhsuldarlıqla bağlı fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
5 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 5 saat əvvəl
-
6 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
7 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
7 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)








.jpg)








