Özləri 90, ürəkləri isə 40 yaşındadır
Azərbaycanda uzuömürlülüyün tədqiqi sahəsində yeni maraqlı nailiyyətlər əldə edilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bildirib ki, institutda uzunömürlüluk fenomeni tibbi-bioloji cəhətdən kompleks öyrənilib.
O qeyd edib ki, bu zaman uzunömürlülərin daha sıx yayıldıqları regionlarda epidemioloji tədqiqatlar aparmağa önəm verilib: "Belə regionlara əsasən, ökəmizin cənub-şərq hissəsi - Lənkəran rayonu daxildir. Tədqiqat proqramına üç seçim üzrə əhalinin sağlamlıq statusunun kompleks qiymətləndirilməsi və bir sıra biokimyəvi göstəricilərin təyini daxil edilib. Seçim beynəlxalq təcrübəyə əsasən, yaşı 90 və yuxarı olanların, onların yaxın qohumlarının və uzunömürlülük qeyd edilməyən ailələrin nümayəndələrini əhatə edib".
U.Həşimova əlavə edib ki, Lənkəran rayonunun 18 bir-birinə yaxın yerləşən kəndində cəmi 82 nəfər, o cümlədən 24 uzunömürlü (10 kişi və 14 qadın) müayinə edilib: "Sorğu zamanı məlum olub ki, müayinə edilən uzunömürlülərin təxminən 30 %-i ənənəvi olaraq "Uzunömürlülük" rayonu sayılan Lerikdən köçənlərdir. Lənkəran rayonunda müayinə edilən əhalinin, eləcə də uzunömürlülərin çox faizi etnik talışlardır. Müayinə olunan uzunömürlülərin 60%-dən çoxunun nəslində uzunömürlülük var. Tədqiqatlar göstərdi ki, uzunömürlülərin 66%-i ailədə yaşayanlardır. Onlar hamısı ailə üzvlərinin, yaxınlarının qayğısı altındadırlar. Bu, psixofizioloji tədqiqatların nəticələri ilə üst-üstə düşür. Belə ki, bu nəticələr Azərbaycan cəmiyyətində uzunömürlülüyün sosial baxımdan bəyənilən, təqdir edilən hadisə kimi qiymətləndirildiyini göstərir. Nəticələr həm də ailədaxili münasibətlərin uzunömürlülüyə təsirini üzə çıxarır. Qidalanmanın strukturunun analizi uzunömürlülərdə qida rasionunun müntəzəmliyini, meyvə və tərəvəzlərin üstünlük təşkil etdiyini, balanslaşdırılmış olduğunu göstərir".
U.Həşimova bildirib ki, ürək-damar və beyin sistemlərinin tədqiqi üzrə nəticələrin işlənməsindən sonra da mühüm elmi əhəmiyyəti olan dəlillər əldə edilib. Müəyyən edilib ki, ürək-damar sistemində patologiya uzunömürlülərə (yaşı 90 və ondan çox olanlar) nisbətən, onlardan daha az yaşlı olan yaşlılar arasında özünü daha çox göstərir. Bu kateqoriyadan olan adamların kardioloji statusuna aid məlumatlar mövcud ədəbiyyat məlumatları ilə təsdiqlənir.
İnstitut direktoru qeyd edib ki, uzunömürlülərin və onların yaxın qohumları üzərində aparılan elektroensefaloqrafik tədqiqatlar herontoloji sahədə mühüm əhəmiyyətə malik nəticələrin alınmasına gətirib.
U.Həşimovanın sözlərinə görə, uzunömürlülərdə beyin qabığının funksional fəallığının aşağı səviyyədə olmasına baxmayaraq, qoruyucu tormozlanma mexanizmləri güclənir: "Başqa sözlə desək, beyin qabığının funksional fəallığının aşağı səviyyəsi heç də uzunömürlülərin beyin fəaliyyətinin zəifləməsi demək deyil. Bu, qoruyucu funksiyaların effektiv həyata keçirilməsi üçün uyğunlaşma proseslərinin nəticəsidir. Uzunömürlülərin beyninin bioloji aktivliyinin və psixoloji xarakteristikasının əlamətlərinin öyrənilməsində əldə edilən xüsusiyyətlər onların ətraf mühitə yaxşı uyğunlaşa bildiyini deməyə imkan verir. Müayinə edilən kontingentin reproduktiv sağlamlığının qiymətləndirilməsinin ilkin nəticələri də çox ümidlər verir. Belə ki, kifayət qədər yaşlı dövrdə də reproduktiv proses öz tamlığını saxlayır. Mütəxəssislər tərəfindən uzunömürlülüyə təbii "fizioloji" qocalma kimi baxıldığını nəzərə alsaq, bu nəticələrin qocalma haqqında elm üçün nə qədər əhəmiyyətə malik olduğunu təsəvvür edə bilərik. Pozitiv emosional fon - ailə mühitinin faktoru - uzunömürlülüyün mühüm faktorudur və bu, uzunömürlülüyün hormonal statusunun dəlilləri və eləcə də psixofizioloji testlərin nəticələri ilə möhkəmlənir".
U.Həşimova əlavə edib ki, çox xərc tələb edən genetik analizlərə başlamazdan əvvəl kompleks biokimyəvi və hormonal tədqiqatlar aparılmalıdır: "Layihənin bu hissəsinə elmi-tədqiqat mərkəzi olan "Sağlam nəsil" cavabdehdir. Onun rəhbəri tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Mamalıq və ginekologiya kafedrasının müdiri Nigar Kamilova deyir ki, uzunomürlülərin əksəriyyətində ürək-damar, böyrək, qara ciyər və oynaqları 40-45 yaşında olan qonşularında olduğu kimidir. Sinir sistemi yorulmayıb. Bu da bilavasitə stres hormonları (dofamin, histamin, noradrenalin, adrenalin) ilə bağlıdır ki, onların səviyyəsinin uzunömürlülərin uşaq və nəvələrindəki analoji göstəricilərdən nəzərə çarpacaq dərəcədə fərqləndiyi üzə çıxır. N.Kamilovanın komandası uzunömürlülərdə endokrin və biokimyəvi statusu, eləcə də cinsi hormonları da öyrənirlər. Cinsi qocalıq inkişafın postreproduktiv dövrü olub mürəkkəb morfo-funksional dəyişikliklərlə müşayiət olunur və onun mexanizmini başa düşmək vacibdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 5 saat sonra
-
-
11 d. əvvəl
Azərbaycan bankı xarici qurum ilə 20 milyon dollarlıq kredit sazişi imzalayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kaspian Speşialist Services”in satış gəlirləri 18%, xalis mənfəəti 24% azalıb
-
1 saat əvvəl
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
-
2 saat əvvəl
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
-
10 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
Ən çox oxunanlar
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb

























