"Park City" borcunu ödəməyib - OBYEKTİ SİYAHIYA ALINDI
Neftçilər metrosu yaxınlığında (Nizami rayon İcra Hakimiyyətinin arxasında) "Park City" yaşayış kompleksini tikən "Park City" şirkətinin obyekti vergi əməkdaşları tərəfindən siyahıya alınıb. Borcun ödənilməməsi və obyektin siyahıya alınaması şirkətin çətin vəziyyətdə olduğuna işarədir. Həmçinin şirkətin əmlakı müsadirə edildiyindən tikinti işləri də ləngiyə bilər.
Vergilər Nazirliyi vergi ödəyiciləri tərəfindən vergilərin düzgün hesablanması və hesablanmış vergilərin tam və vaxtında dövlət büdcəsinə köçürülməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan 3 vergi ödəyicisinin dövlət büdcəsinə yaranmış 491 min 684 manat dəyərində vergi borcu ilə bağlı əmlakı siyahıya alınıb.
Çıxarılmış qərarlara uyğun olaraq, 2 vergi ödəyicisində 472 min 915 manat dəyərində vergi borcuna görə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib və ümumilikdə 505 min 200 manat dəyərində əmlak siyahıya alınıb.
Vergi orqanları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 72A ünvanda yerləşən, "Park City" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikilidə əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib, 457 min 433 manat vergi borcu müqabilində 480 min manat məbləğində əmlakı (obyekti) siyahıya alınıb.
Qeyd edək ki, "Park City" yaşayış kompleksi Neftçilər metrosu yaxınlığında (Rüstəm Rüstəmov 72A) tikilir.
Bakı şəhəri, Nərimanov rayonu, 2095-2096-ci məhəllə ev 9c, 507-ci küçədə yerləşən "Azərkimya İstehsal və Xarici İqtisadi Əlaqələr" Açıq Səhmdar Cəmiyyətinə məxsus mebel sexi və beton sexinin fəaliyyəti araşdırılarkən, onun 15 min 482 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib. Bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də, borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə obyektdəki əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb, 25 min 200 manat dəyərində dəzgah və digər avadanlıqlar müvafiq qaydada siyahıya alınıb.
Bundan əlavə fiziki şəxs Hüseynov Alqayıt İlham oğlunun dövlət büdcəsinə yaranmış 18 min 767 manat borcuna görə əmlak siyahıya alınması barədə qərar çıxarılıb. Lakin nəzarət tədbiri zamanı vergi ödəyicisi tərəfindən borc məbləğinin tam şəkildə büdcəyə ödənilməsini təsdiq edən sənədlər təqdim edildiyindən, onun barəsində əmlak siyahıya alınma tədbirləri həyata keçirilməyib.
Vergilər Nazirliyi vergi ödəyicilərinin nəzərinə çatdırır ki, vergi öhdəliklərini tam həcmdə və vaxtında yerinə yetirməyən, o cümlədən vergini hesabatda göstərilməli məbləğə nisbətən azaldan və büdcəyə ödənilməli vergi məbləğini hesabat təqdim etməməklə vergidən yayınan şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri tətbiq edilir. Vergi orqanları belə halların qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























