“CTS Aqro”: Kənd Təsərrüfatı Sığorta Fondunun yaradılmasına ehtiyac var

Pambıqçılığın daha da inkişaf etdirilməsi məqsədilə ölkə daxilində emal müəssisələrinə satılan pambıq mahlıcının ƏDV-dən azad olunması məqsədəuyğun olardı.
“Marja” xəbər verir ki, bunu “CTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İbrahimov Saatlıda keçirilmiş müşvirədə bildirib.
Onun sözlərinə görə, pambıq əkini üçün münbit-massiv torpaq sahələrinin ayrılması və meliorativ tədbirlərin genişləndirilməsinə, pambıqçılıqda sənaye əsaslı toxumçuluğun yaradılmasına, kənd təsərrüfatı sahələrinin risklərdən müdafiəsi məqsədilə xüsusi Kənd Təsərrüfatı Sığorta Fondunun yaradılmasına da ehtiyac var.
Arif İbrahimov qeyd edib ki, ölkədə pambıqçılığın inkişafını təmin etmək məqsədilə “CTS Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2016-cı il mövsümündə Saatlı rayonu da daxil olmaqla, respublikanın 18 rayonunda 17 min 353 hektarda, o cümlədən 2 min 796 hektarı Cəmiyyət torpaqlarında, 14 min 556 hektarı isə 1 254 fermerlə bağlanmış müqavilələr əsasında pambıq əkilib:
-Pambığın əkilib becərilməsinə görə fermerlərə “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin vəsaitləri hesabına 4,9 milyon manat, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2,3 milyon manat kredit, “CTS Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən isə 1,5 milyon manat məbləğində vəsait ayrılaraq texnikalara xidmət göstərilib və mal-materialların alınması təmin edilib. 2016-cı ildə havaların əlverişsiz keçməsinə baxmayaraq, fiziki çəkidə 34,3 min ton, kondisiya çəkidə isə 29 min ton xam pambıq tədarük edilib ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.
Hesablamalara görə, tədarük edilmiş 29 min ton xam pambığın emalından alınacaq məhsulların satışından təxminən 17,3 milyon ABŞ dolları və 3,6 milyon manat əldə ediləcək. Bu günədək satılmış məhsul müqabilində Cəmiyyətin hesabına 7,6 milyon ABŞ dolları və 2,2 milyon manat vəsait daxil olub.
Cəmiyyətin tabeliyində 6 pambıq emalı zavodu, 6 pambıq tədarükü məntəqəsi, Biləsuvar Təcrübə-Sınaq Təsərrüfatı və Şirvan pambıq emalı zavodunda yerləşən yağ emalı sexi fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, Biləsuvar Təcrübə-Sınaq Təsərrüfatında 2 min 227 hektar sahə müasir tələblərə cavab verən pivot qurğularından ibarət suvarma sistemi ilə təmin edilib ki, bu da yüksək məhsuldarlıq əldə etməyə imkan yaradır.
Bu günədək “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 814 fermerə 8,4 milyon manat kredit verilib, Cəmiyyət tərəfindən isə 183 min manat dəyərində texnikalarla xidmət işləri və mal-materialların alınması təmin olunub. Hazırda 2500-dən artıq fermer tərəfindən 26 min 094 hektar sahədə pambıq əkini ilə əlaqədar müraciətlər daxil olub, Cəmiyyətin öz torpaqları ilə birlikdə 27 min 345 hektarda şum, 14 min 435 hektarda arat və 4760 hektarda mala işləri aparılıb.
Fermerlərin toxumluq çiyidə olan tələbatının 380 tonu daxili imkanlar hesabına lifli çiyidlə, 520 tonu isə xaricdən alınan lifsiz toxumla təmin olunacaq. Qeyd etmək lazımdır ki, lifsiz toxumluq çiyidin 515 tonu qardaş Türkiyə Respublikasından, 5 tonu isə Yunanıstandan alınıb.
Görülən tədbirlər sayəsində 2017-ci ildə 28 min hektar sahədə pambıq yetişdirilməsi nəzərdə tutulur ki, bu da 30 min nəfərə yaxın insanı işlə təmin edəcək. Bu işlərin aparılması üçün 60 milyon manatdan çox vəsait tələb olunur ki, bunun da 11 milyon manatını Cəmiyyət öz vəsaiti hesabına, 49 milyon manatını kredit hesabına təmin edəcək. Kreditləşmənin bir hissəsini “Aqrarkredit” QSC-nin, qalan hissəsinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulur.
Cəmiyyətin mülkiyyətində 843 ədəd müxtəlif kənd təsərrüfatı texnikası var. Lakin pambıq əkini sahələrinin artması ilə əlaqədar “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə keçən il 254 ədəd yeni texnika alınıb, bu il isə daha 545 ədəd yeni, müasir müxtəlif kənd təsərrüfatı texnikasının alınması barədə sifariş verilib.
Pambığın becərilməsində istifadə ediləcək kimyəvi preparatlar isə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə güzəştli qiymətlərlə ammonium-nitrat və fosfor gübrələrinə olan tələbat müəyyənləşdirilərək sifarişlər verilib.
Sizin 2016-cı il sentyabrın 22-də imzaladığınız pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında Sərəncamınıza əsasən, hər ton xam pambığa görə istehsalçılara 100 manat subsidiya verilməsi göstərişinizdən sonra əməktutumlu sahə olan pambıqçılığa fermerlərin marağı daha da artıb və ölkədə pambıqçılıq yüksələn xətlə inkişaf edir. Qeyd etmək lazımdır ki, həmin Sərəncamın icrası olaraq, ümumilikdə bizim Cəmiyyət üzrə təhvil verdikləri 25 min ton xam pambığa görə fermerlərə 2,5 milyon manat subsidiya vəsaiti ayrılıb.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 d. əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqı tətbiq olunacaq
-
5 d. əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
-
17 d. əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixindək bağlı qalacaq - QƏRAR
-
34 d. əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 42 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
1 saat əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
- 2 saat əvvəl
Son Xəbərlər

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub
