50 min nəfərdən çox artdıq - ƏHALİNİN YENİ SAYI AÇIQLANDI
Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 53894 nəfər və ya 0,5 faiz artaraq 2019-cu il sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 35 min 351 nəfərə çatmışdır.
Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir ki, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd yerlərində məskunlaşmış, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfər təşkil edir.
Bu ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 91513 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artmışdır. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2144-ü əkiz, 54-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.
Cari ilin yanvar-avqust aylarında ölkədə 37916 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,7-yə düşmüşdür.
2019-cu ilin 8 ayında qeydiyyat şöbələri tərəfindən 42163 nikah və 11317 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2-dən 6,4-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artmışdır.
Cari ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1342 nəfər Azərbaycana gələn, 1045 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 297 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
25 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 41 d. əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib




























