Bakıda Fiat və Chrysler avtomobilləri üçün yeni Satış və Servis Mərkəzi açılıb
(®) Jeep, Dodge, Alfa Romeo, Abarth, Fiat, Fiat Professional və Chrysler avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olan “Avtolüks Azərbaycan” MMC Bakıda yerli müştərilərə satış, texniki xidmət və satışsonrası xidmətlər göstərməyə hazır olan qlobal korporativ standartlar əsasında inşa edilmiş yeni FCA (Fiat Chrysler Automobiles) Satış və Servis Mərkəzinin açılışı ilə fəaliyyətini genişləndirməyə davam edir.
Şirkətdən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, Bakı şəhəri, Ü.Hacıbəyli 57C ünvanında fəaliyyət göstərən Satış və Servis Mərkəzinin davamınca, paytaxtın Aşıq Molla Cümə 42B ünvanında Şirkətin yeni Satış və Servis Mərkəzi fəaliyyətə başlayıb.
Xidmət mərkəzinə FCA şirkətinin qlobal korporativ standartları əsasında inşa edilmiş 2830 kv.metr əraziyə malik 2 mərtəbəli satış salonları və 2344 kv.metr sahəsi olan rəsmi istehsalçının tövsiyyə etdiyi müasir qurğularla və proqram təminatı ilə təchiz edilmiş servis mərkəzi daxildir. Mərkəzin ümumi sahəsi 5174 kv.metr təşkil edir.
Azərbaycanın avtomobil seqmentinin nüfuzlu və etibarlı nümayəndəsi olan “Avtolüks Azərbaycan” xidmət standartlarına sadiq qalaraq yeni mərkəzdə də müştərilərinə 3 S prinsipi üzrə (Sales, Service, Spare Parts) "Jeep", “Dodge”, “Alfa Romeo”, “Fiat” və “Fiat Professional” markalarının müxtəlif modellərinin satışı, həmçinin texniki xidməti, ehtiyat hissələri və aksessuarların satışı üzrə yüksək səviyyəli xidmət göstərir.
Mərkəzdə avtomobillərin satışı bazar ertəsi – şənbə günləri, saat 10:00-dan 19:00-ə kimi, bazar günü isə 10:00-dan 16:00-a qədər, satış sonrası xidmətlər və ehtiyat hissələrinin satışı isə bazar ertəsi – şənbə günləri, saat 09:00-dan 18:00-a kimi həyata keçiriləcək.
“Avtolüks Azərbaycan” MMC haqqında:
“Avtolüks Azərbaycan” MMC dünyanın ən məşhur avtomobillərini Azərbaycan istehlakçısına təqdim etmək üçün 2012-ci ildə təsis edilmişdi. Şirkət ilk öncə milyonların arzusu olan Ferrari brendini Bakı sakinlərinə təqdim etməklə fəaliyyətə başlamışdır. “Avtolüks Azərbaycan”ın ikinci uğuru daha bir İtalyan nəhəngi olan Lamborghini və Collezione Automobili Lamborghini avtomobil brendlərinin Azərbaycanda rəsmi dileri olmasıdır. Brend portfelinə Aston Martin brendini də daxil edən Avtolüks Azərbaycan 2017-ci ildə “FCA Group”a aid olan Abarth, Alfa Romeo, Chrysler, Dodge, Fiat, Fiat Professional və Jeep avtomobillərinin də rəsmi təmsilçisinə çevrilmişdir. 2019-cu ilin mart ayından etibarən şirkət məşhur “Jaguar” və “Land Rover” markalarının Azərbaycanda rəsmi nümayəndəsidir. 150-dən artıq əməkdaşı olan şirkətin bütün usta heyəti ən yüksək brend standartlarına müvafiq olaraq təlim keçir və ən son yeniliklərlə tanış olmaq üçün mütəmadi olaraq istehsalçının təlim proqramlarına və istehsal obyektlərinə ezam olunur. Avtolüks Azərbaycan brend siyahısını daim genişləndirməkdə və xidmət keyfiyyətini bir nömrəli prioritet olaraq saxlamaqda qərarlıdır.
Hər hansı əlavə məlumat almaq üçün (+994 12) 983 nömrəsinə zəng edə və ya www.autolux-azerbaijan.com internet saytına nəzər sala bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 d. əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 20 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
1 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
1 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
2 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək







.jpg)






.jpg)






