Tanınmış markaların yuyucu və təmizləyici vasitələri saxtalaşdırılıb - AÇIQLAMA
Bəzi sahibkarlıq subyektləri tərəfindən sui-istifadə hallarına münbit şərait yaradan ikili mühasibatlığın aparılması hallarına, eləcə də əhalinin sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə istehlak bazarında haqsız rəqabət, keyfiyyətsiz və saxta məhsulların qanunsuz dövriyyəsi kimi mənfi təzahürlərə qarşı mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Marja"ya verilən məlumata görə, daxil olan əməliyyat məlumatları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən müvafiq məhkəmə qərarları əsasında Bakı şəhərinin və respublikanın digər şəhər və rayonlarında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində xarici ölkələrdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə xammal və qablaşdırma paketləri gətirməklə qanunsuz fəaliyyət göstərən sexlərdə kustar üsulla pis keyfiyyətli kontrafakt tələbat məhsulları istehsal edib müxtəlif satış mərkəzlərinə paylanmasını həyata keçirən bir qrup Azərbaycan Respublikası vətəndaşının qanunsuz əməlləri ifşa olunub.
Belə ki, həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə Ağcabədi rayonu, Salmanbəyli kənd sakini Qasımov Anar Yaqub oğluna məxsus yaşayış evində və Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “Tac” marketdə İran İslam Respublikasında istehsal olunduğu qeyd edilən 20 kq-lıq 630 ədəd üzərində “Sarda” sözü yazılmış, Türkiyə Respublikasında istehsal olunduğu qeyd olunan 20 kq-lıq 310 ədəd “Gürcel” sözü yazılmış, 110 ədəd üzərində “Dekso” sözü yazılmış boş yuyucu toz kisələri, 671 ədəd “Ariel” markalı müxtəlif tutumlu yuyucu tozlar, 1773 ədəd üzərində “Head & Shoulders” sözləri yazılmış saç şampunları və digər saxta məhsullar aşkar edilmişdir.
Bundan başqa, Ağcabədi rayon sakini Bünyadov Kamil Aydın oğluna məxsus “Mersedes Benz” markalı, 90-EU-925 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən üzərində “Ariel” sözləri yazılmış 562 kq yuyucu tozu qablaşdırmaq üçün nəzərdə tutulan 19 büküm polietilen paketlər aşkar edilərək götürülmüşdür.
Həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2090-cı məhəllədə yerləşən fərdi sahibkar Tarverdiyev Ağaverdi İbi oğluna məxsus sexə baxış keçirilərkən yuyucu vasitələrin etiket və qablaşdırma paketlərinin qanunsuz şəkildə istehsal olunduğu müəyyən edilmişdir.
Etiket və qablaşdırma paketlərinin istehsalında istifadə olunan aparat, xeyli sayda yuyucu tozlar, etiketlər, “Domestos”, “Ariel”, “Calgon”, “Elidor”, “Fairy” firmalarına məxsus çoxlu sayda emblemlər aşkar edilərək götürülmüşdür.
Bununla yanaşı, Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin 26-cı korpusunda yerləşən Əliyev Ülvi Sarif oğluna məxsus 1 saylı mağazaya baxış keçirilərkən saxta yolla hazırlanmış müxtəlif yuyucu və təmizləyici vasitələr, qablaşdırma paketləri, etiketlər, ştrix kodlar, qablaşdırma paketlərinin yapışdırılması üçün nəzərdə tutulmuş xüsusi aparat aşkar edilərək götürülmüşdür.
O cümlədən, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Novruzov Natiq Arif oğluna məxsus anbara baxış keçirilərkən üzərlərində müxtəlif markalara məxsus etiketlər yapışdırılmış 10 min 192 qutu kimyəvi-təmizləyici vasitələr, habelə 11 min 122 qutudan ibarət şampun vasitələri aşkar edilərək götürülmüşdür.
Bundan başqa, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1A ünvanında yerləşən “Fuad-Kimya-Servis” MMC-yə məxsus yuyucu tozların istehsalının həyata keçirildiyi sexə baxış keçirilərkən üzərlərinə ”Calgon”, “Comet”, “ACE”, “Domestos” yuyucu tozların və mayelərin adı yazılmış və həmin malların qablaşdırılmasında istifadə olunan karton materiallar, etiketlər, üzlüklər və boş polietilen paketlər aşkar edilərək götürülmüşdür.
Keçirilmiş kompleks məhkəmə fiziki-kimyəvi və sənədlərin texniki ekspertizasının rəyi ilə qeyd edilən kimyəvi-təmizləyici maddələrin tərkibinə, keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələbərinə uyğun gəlməməsi, ölçülərin, çəkilərin qablaşdırmaların üzərindəki qeyd edilən ölçü və çəkilərlə eynilik təşkil etməməsi müəyyən edilmişdir.
Qeyd edilən faktlarla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 197.1 (əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanmışdır.
İş üzrə Anar Qasımov, Natiq Novruzov, Vidad Əliyev və Ülvi Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 192.2.1, 197.2, 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində Binəqədi rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Bununla yanaşı, Baş İdarə tərəfindən aparılmış istintaq zamanı fiziki şəxs Anar Qasımov, habelə onun təsisçisi olduğu “Uğur-Kimya” MMC, fiziki şəxslər Ülvi Əliyev, Mübariz Abdullayev, Ağaverdi Tarıverdiyev və Vidadi Əliyevin qara mühasibatlıqdan istifadə etmə yolu ilə xüsusi razılıq və ya lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşul olmalarına və bu hərəkətləri ilə vergidən yayınmalarına əsaslı şübhələr müəyyən edildiyindən vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması haqqında məhkəmə tərəfindən qəbul edilmiş qərarlar icraya yönəldilmişdir.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.
İstehlakçıların hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində bundan sonra da ən ciddi tədbirlərin görülməsi davam etdiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
30 d. əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
- 38 d. əvvəl
-
-
40 d. əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
43 d. əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
Ən çox oxunanlar
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb



















