Azərbaycanda təkuşaqlı ailələrin sayı daha da arta bilər
“Azərbaycanda əhalinin son 2 siyahıya alınmasına görə, 1 və 2 uşaqlı ailələrin sayı artıb, 3-4 və daha çox uşaqlı ailələrin sayı azalıb”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.
Onun sözlərinə görə, tendensiya davam edərsə, əhalinin növbəti siyahıya alınmasında 1, 2, 3, 4 və daha çox uşaqlı ailələrin sayında ötən illərdə yaranan fərq bir qədər də arta bilər.
Komitə rəsmisi qeyd edib ki, 1999-cu ildə siyahıyaalmanın məlumatlarına əsasən, 18 yaşadək uşaqları olan ailələr arasında 1 uşaqlı ailələrin (288200) sayı 22,5%, 2 uşaqlı (450700) ailələrin sayı 35,3%, 3 uşaqlı (326200) ailələrin sayı 25,5%, 4 və daha çox uşaqlı (213 900) ailələrin sayı 16,7% təşkil edib. 2009-cu ildə siyahıyaalmaya əsasən isə 1 uşaqlı ailələr (396 000) 30,1%, 2 uşaqlı ailələr (529000) 40,3%, 3 uşaqlı ailələr (261900) 19,9%, 4 və daha çox uşaqlı ailələr (126700) 9,7% təşkil edib:
“Rəqəmlərdən də bəlli olur ki, 1 uşaqlı ailələrin sayı 7,6 faiz, 2 uşaqlı ailələrin sayı 5 faiz artıb. 3 uşaqlı ailələrin sayı 5,6 faiz, 4 və daha çox uşağı olan ailələrin sayı 7 faiz azalıb. Əgər bu tendensiya davam edərsə, əhalinin növbəti siyahıya alınmasında bu fərq bir qədər də arta bilər. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2014-cü ildə Azərbaycanda doğum ardıcılllığına görə 4509 uşaq ailənin 4-cü, 1222 uşaq ailənin 5-ci və daha çox uşağı kimi dünyaya gəlib. 2015-ci ildə isə 4404 uşaq ailədə 4-cü, 1108 uşaq isə 5-ci və daha çox uşaq kimi dünyaya gəlib”.
A.Veysəlova əlavə edib ki, hazırda Azərbaycan ailələrində daha çox 2-3 uşağın olmasına üstünlük verilir. Lakin bu halda da ər-arvad ailədə oğlan uşağının olmasını mütləq şəkildə istəyir.
A.Veysəlova əlavə edib ki, əksər ailələrdə ilk iki övlad qız olursa, ər-arvad mütləq şəkildə 3-cü uşağın oğlan olması üçün ailə planlaşdırması aparır:
“Amma ər-arvad ailədə 2 uşağın olmasını istəyirlərsə, onlardan birinin qız, digərinin oğlan olmasını planlaşdırırlar. Komitə olaraq, biz hansısa cinsə üstünlük verilməsinin əleyhinəyik. Uşaqlara qarşı cinsi ayrı-seckiliyə yol verilməməlidir. Əsas odur ki, uşaq sağlam olsun və düzgün tərbiyə edilsin. Komitə bunun tərəfdarıdır və bu istiqamətdə də təbliğat aparır”.
Ailədə tək uşağın olmasını müəyyən qədər düzgün saymayan A.Veysəlova belə uşaqlara valideynləri tərəfindən həddindən artıq qayğı və diqqət göstərildiyini də söyləyib:
“Belə uşaqlar sərbəst cəmiyyətə atıldıqda bu diqqəti və qayğını görmədikdə müəyyən problemlərlə üzləşirlər. Onlar özlərini təklənmiş, bir növ ümidsizliyə düçar olmuş kimi hiss edirlər. Bu, sadə problem kimi görünsə də, müəyyən fəsadlar yarada bilər. Buna görə də yaxşı olar ki, valideynlər tək uşaq böyütməkdən çəkinsinlər. Çünki təkuşaqlı ailədə böyüyən övlad eqoist olmaqla yanaşı, qısqanclıq kimi xüsusiyyətə də yiyələnir və paylaşmağı sevmir. Lakin valideynlər dünyaya övlad gətirməyin məsuliyyətini də dərk etməlidirlər. Çünki əsas məsələ uşaq dünyaya gətirmək yox, ona zaman ayırmaq, tərbiyələndirmək, sevgi və qayğı ilə əhatə etməkdir.
Əgər ana və atalar övladlarının həm maddi, həm də mənəvi baxımdan ehtiyaclarını ödəyə biləcəklərsə, onda təbii ki, onların 2 və daha artıq uşağa üstünlük vermələri məsləhətdir. Çoxuşaqlı ailələrdə böyüyən uşaqların da müsbət tərəfləri var. Onlar komplekssiz olur, daha tez ünsiyyətə girməyi bacarır və tək uşaqlardan fərqli olaraq, özlərinə qapanmırlar. Ona görə də demoqraflar, eləcə də psixoloq və sosioloqlar belə hesab edirlər ki, ən ideal variant ailədə 3 uşağın olmasıdır”.
©Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
7 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
12 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
12 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
-
13 saat əvvəl
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
-
13 saat əvvəl
Mayın 17-18-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
Baku Electronics-də yaz fürsətləri davam edir!
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ







.jpg)





.jpg)



