“Azerbaijan Digital HUB” proqramı “Eurasia İnnovation Day” tədbirində təqdim olunub
(®) Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan “AzerTelecom” şirkətinin strategiya üzrə müşaviri Azər Bayramov Bakıda Heydər Əliyev Mərkəzində “InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində keçirilmiş 2-ci “Bakı Elektron Ticarət Forumu (BEF-2019)” və “Eurasia İnnovation Day” tədbirlərində moderator və məruzəçi qismində iştirak edib.
21-22 oktyabr tarixlərində 2-ci “Bakı Elektron Ticarət Forumu çərçivəsində baş tutmuş “Elektron ticarət infrastrukturunda yeni texnoloji trendlər: perspektivlər və təhdidlər” mövzusunda sessiya Azər Bayramovun moderatorluğu ilə keçirilib. Sessiyada kibertəhlükəsizlik, elektron imza, süni intellekt, robototexnika və blokçeyn kimi mövzular ətrafında faydalı müzakirələr aparılıb.
Həmçinin, 23 oktyabr tarixində “Eurasia İnnovation Day” çərçivəsində “İnnovasiya və Texnologiya” panel müzakirəsində “AzerTelecom” şirkətinin nümayəndəsi “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” mövzusunda məruzə edib. Azər Bayramov dünya xəritəsində Azərbaycanın innovativ və texnoloji mərkəz kimi tanınması istiqamətində işlərdən danışıb. Xüsusilə, “AzerTelecom” tərəfindən həyata keçirilən “Azərbaijan Digital HUB” proqramı haqqında iştirakçılara geniş məlumat verib. Bildirilib ki, proqram çərçivəsində iri infrastruktur quruculuğu layihələrinin icrası ilə ölkəmiz Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün rəqəmsal mərkəzə çevriləcək və gələcəkdə bu regionların internet və kontentə olan ehtiyacının təmin edilməsində mühüm rol oynayacaq. Proqram innovasiyaların, rəqəmsal xidmətlərin “Made in Azerbaijan” brendi altında qonşu regionlara ixracına, ümumilikdə isə ölkəmizin İKT sektorunun inkişafına, rəqəmsal ekosistemin formalaşmasına öz töhfəsini verəcək.
Qeyd edək ki, “Eurasia İnnovation Day” tədbiri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. Ümumilikdə, “InnoWeek - İnnovasiya həftəsi” 18-24 oktyabr tarixlərində baş tutub. NRYTN-in Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunub.
“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edir. Proqramın reallaşması ölkənin Milli İT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, start-apların, İT arxitekturasının inkişafına mühüm töhfə verəcəkdir. Proqram ümumilikdə ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaqdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 39 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)



.jpg)



.jpg)






