"PAŞA Sığorta"nın saytı beynəlxalq mükafata layiq görülüb - AZƏRBAYCANDA İLK
(®) "PAŞA Sığorta" şirkətinin korporativ saytı Azərbaycanda ilk dəfə olaraq nüfuzlu beynəlxalq “Red Dot Award” mükafatını qazanıb.
“Red Dot Award” dizayn və kommunikasiya sahəsində nailiyyətlərə görə təqdim edilən dünyanın ən tanınmış mükafatlarından biridir. Bu il mükafatın münsiflər heyətinin dəyərləndirilməsinə 8600-dan çox layihə təqdim edilib.
"Ceyhun İmanov Studio” (JIS) qlobal innovasiya agentliyi tərəfindən hazırlanan, müasir dizayn, rahat istifadəçi interfeysi və funksionallığı ilə seçilən "PAŞA Sığorta" şirkətinin korporativ saytı müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək “Brend və Kommunikasiya Dizaynı” nominasiyası üzrə mükafata layiq görülüb. Təntənəli təltifetmə mərasimi müxtəlif ölkələrdən olan 1400-dək qonağın iştirakı ilə 1 noyabr tarixində Almaniyanın paytaxtı Berlində baş tutub və tədbir zamanı qaliblər sırasında "PAŞA Sığorta" şirkətinin saytı təqdim edilib.
Daim yenilənən, müasir tələblərə cavab verən və innovativlik baxımından fərqlənən sayt həm fərdi, həm də korporativ müştərilər üçün geniş funksionallıq təklif edir. Müştərilərin rahatlığına önəm verən "PAŞA Sığorta" şirkəti sayt vasitəsilə həkimə qeydiyyat, sığorta məhsullarının onlayn satışı, avtomobilin təmir prosesinin izlənməsi kimi bir sıra imkanlar təqdim edir.
www.pasha-insurance.az ünvanına daxil olaraq saytla daha yaxından tanış ola və sığorta xidmətlərindən faydalana bilərsiniz.
Qeyd edək ki, “Red Dot Award” 1955-ci ildə “Design Zentrum NRW” (Avropa Dizayn Mərkəzi) tərəfindən zamanın ən yaxşı dizayn obrazlarının seçilməsi üçün təsis edilib. Dizayn sahəsindəki müxtəlifliyi peşəkar şəkildə qiymətləndirmək üçün 1990-cı illərdən etibarən “Red Dot” 3 istiqamətdə - “Məhsul Dizaynı”, “Brend və Kommunikasiya Dizaynı” və “Dizayn Konsepsiyası” üzrə ən yaxşı layihələrin seçimini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)



