"Qurudulmuş xurma Avropa standartlarına tam cavab vermir"
Xurma istehsalında da yüksək məhsuldarlığa nail olmaq üçün İspaniyadan xurma tingləri gətirilərək fermerlərə paylanıb. Hazırda ölkəmizin 21 rayonunda xurma yetişdirilir. Beş il əvvəl İspaniyadan gətirilən həmin yeni xurma sortları fermerlərə verildikdən sonra bu sahədə məhsul istehsalı artıb.
Bunun sayəsində ötən il ölkəmiz 200 min ton xurma ixrac edib. Belə ki, həmin rəqəm 2017-ci illə müqayisədə 17 faiz çoxdur. Cari ildə xurma istehsalının daha 15 faiz artacağı proqnozlaşdırılır.
Xurma istehsalı çoxaldıqca bu məhsulun dünya bazarına ixracı da artır. Hazırda Azərbaycan dünyada xurma istehsalı və ixracına görə beşinci yerdədir. Lakin ölkəmizdə bu sahənin dinamik inkişafı qarşıdakı illərdə daha yüksək pilləyə yüksəlməyə imkan verəcək.
Qeyri-neft sektoru üzrə ixracın 0,15 faizi xurmanın payına düşür. Ötən il bu sektor üzrə ixrac 1 milyard 689 milyon dollar təşkil edib. İxrac olunan qeyri-neft məhsullarında 177,4 milyon dollarla pomidor istehsalı birinci, 118 milyon dollarla qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ikinci, 114,5 milyon dollarla xurma ixracı üçüncü yerdə qərarlaşıb.
Hazırda xurma ixracında əsas alıcı ölkələr Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstandır. Bir sıra ərəb ölkələri də Azərbaycanda istehsal olunan xurmanı idxal edirlər. Avropa ölkələri isə daha çox emal olunan quru xurma almağa üstünlük verir. Xüsusilə Almaniya və Hollandiyada bu məhsula tələbat daha yüksəkdir. Elə ənənəvi bazarımız olan Rusiya, Ukrayna və digər MDB ölkələri də quru xurma almağa maraq göstərir.
Məlumdur ki, Avropa ölkələrinə məhsul ixracı çətin prosesdən keçir. Burada standartlar MDB ölkələri ilə müqayisədə daha yüksəkdir. Avropa standartlarına əməl olunarsa, təkcə Almaniyaya ildə təqribən 2 milyon dollar dəyərində quru xurma ixrac etmək mümkündür. Hazırda emal edilən quru xurma Almaniya ilə yanaşı, Avropa İttifaqı dövlətlərindən olan Baltikyanı ölkələrə də ixrac olunur. Xarici bazarda tələbat yüksək olduğu üçün ötən il 30 faizlik artım müşahidə edilib.
Avropa ölkələrinə məhsul ixracı üçün çoxsaylı uyğunluq və gigiyenik sertifikatlar tələb olunur. Bu səbəbdən də Avropa bazarlarına məhsul ixrac edərkən onların tələbləri yerinə yetirilməlidir. Ölkəmizdə Balakən və Göyçay rayonlarında yarıqurudulmuş və ya qurudulmuş xurma üzrə yeni istehsal müəssisələri yaradılıb. Lakin bunların istehsal etdikləri məhsulun keyfiyyəti Avropa standartlarına tam cavab vermir. Üstəlik, onların istehsal gücü də xarici tələbatın ödənilməsi üçün yetərli deyil. Bunun üçün yüksək texnologiyalarla təmin olunan yeni müəssisələrin açılması zəruridir.
Dünyada xurmadan bir çox qiymətli məhsullar hazırlanır. Xurma qurusu, bəhməz çox qiymətli məhsul sayılır və əczaçılıqda geniş istifadə olunur. Əgər yeni müəssisələr açılarsa və qurudulmuş xurma məhsulu dünya bazarına çıxarılarsa, daha çox gəlir əldə edə bilərik. Belə ki, satış həyata keçirilərkən hazır məhsul xammaldan baha satılır.
Xurma istehsalını və ixracını artırmaq, xarici bazarda müştəri tapmaq üçün Xurma İstehsalçıları və İxracçıları Assosiasiyası yaradılıb. Məqsəd fermerlərə istehsal və ixracda dəstək olmaqdır. Assosiasiyanın əsas məqsədlərindən biri də ölkədə istehsal olunan xurma məhsullarının "Made in Azerbaijan” brendi ilə satışını həyata keçirmək üçün fermerlərə kömək göstərməklə bu sahə ilə məşğul olan sahibkarların işini əlaqələndirməkdir. Assosiasiya yarandığı gündən fermerlərə hər cür dəstək verməklə məhsul istehsalının artımına və ixracına yardımçı olur. Bununla yanaşı, assosiasiya 21 rayonda xurma yetişdirməklə məşğul olan sahibkarların tələb və istəklərinin dövlət qurumlarına çatdırılması istiqamətində də mühüm rol oynayır.
© Rüstəm KAMAL, "Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 5 saat əvvəl
-
5 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
5 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 5 saat əvvəl
-
6 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
7 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
7 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)
.jpg)









.jpg)






