Azər Türk Bank “Qış Kampaniyası”na start verdi
® Müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan, hər zaman onlara ən əlverişli şərtlərlə məhsul və xidmətlər təklif edən dövlət bankı Azər Türk Bank dekabr ayının 2-dən etibarən “Qış Kampaniyası” adlanan növbəti endirim kampaniyasına başlayır.
2020-ci ilin 31 yanvar tarixinədək davam edəcək bu kampaniya müddətində “İstehlak”, kreditlərinin illik faiz dərəcəsinə 4%-dək endirim tətbiq edilir. Endirimdən sonra kreditlərin illik faizi dərəcəsi 16%-dən başlamaqla, kreditlərin maksimum müddəti 48 ay müəyyən edilmişdir.
Bundan əlavə, Bank göstərilən tarixlər ərzində müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq kreditin maksimum məbləğini 25 000 manat, zaminsiz verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsinədək artırılması barədə qərar vermişdir.
Qeyd edək ki, 20 aydan yuxarı müddətə rəsmiləşdirilən istehlak krediti üzrə qrafikə uyğun həyata keçirilən aylıq ödənişin 1,5% nisbətində olan hissəsini ölkədə yeganə Bank olaraq müştəriyə geri qaytarır (cashback).
Bankda əmanət yerləşdirmək istəyən müştərilər də “Qış Kampaniyası”ndan faydalana biləcəklər. Belə ki, dekabr ayı ərzində milli valyutada açılan 36 aylıq “Klassik” əmanətinin faizləri artırılaraq 10% səviyyəsində müəyyənləşdirilmişdir.
Həmçinin bu kampaniyada plastik kart əldə etmək istəyən müştərilər üçün də əhəmiyyətli güzəştlər nəzərdə tutulmuşdur. Cari ilin 01-30 dekabr tarixləri arası Azər Türk Banka müraciət edənlər, xüsusi imkan və üstünlüklərə malik VISA / MasterCard Gold və MasterCard Platinum debet kartlarını dəyərinin cəmi 20% ödəməklə əldə edəcəklər.
Bunun üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud onlayn sifariş vermək olar. Sifariş üç iş günü, yaxud təcilidirsə, qəbul olunmuş şərtlər nəzərə alınmaqla, bir gün ərzində yerinə yetirilir.
Eləcə də 30 dekabr tarixinədək kredit kartı alan müştərilərə, kreditin müddətinə uyğun olaraq, MC Gold və ya VISA Gold kartları Bank tərəfindən hədiyyə olunacaq.
Daha ətraflı məlumatı www.atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)

















.jpg)