Yeni faiz şərtləri ilə depozit hərracı elan edildi - 6 FAİZDƏN DƏ AŞAĞI...
Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.
"Marja" xəbər ki, hibrid hərrac ilə 100 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Hərrac 16 Dekabr 2019-cu il tarixində keçiriləcəkdir.
Müddət 14 gün, faiz dərəcəsi 5,76% - 7,49% aralığında müəyyən olunub. Qeyd edək ki, bundan əvvəlki depozit hərracları üçün faiz dərəcəsi 6,01% - 7,74% aralığında müəyyən olunurdu. Faiz aralığının yenidən aşağı düşməsi Mərkəzi Bankın bu il 8-ci dəfə faiz endirməsi ilə bağlıdır.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 7.75%-dən 7.5%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilmişdir (9.25% və 5.75%).
Qaydalara görə, depozit hərracının faiz aralığı faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında müəyyən edilir. Faiz dəhlizinin aşağı həddi və uçot dərəcəsi dəyişdikdə depozit hərracında faiz aralığı da dəyişir.
HƏMÇİNİN OXU: Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqladı
Qeyd edək ki, depozit hərraclarında tələb təklifi dəfələr ilə üstələdiyindən əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi aralığın aşağı səviyyəsində - 6,01% təşkil edirdi. Əgər 16 Dekabrda keçiriləcək hərracda da tələb təklifi üstələsə əqdlər üzrə orta ölçülmüş faiz dərəcəsi 6%-dən də aşağı düşəcəkdir.
2019-cu ildə Mərkəzi Bank 8 dəfə faiz endirməsinə baxmayaraq depozit hərraclarında tələb kəskin azalmır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
26 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























