Qazaxıstan Prezidenti Azərbaycanın logistika mərkəzində
Aprelin 4-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Aktau şəhərində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Holdinq”in birgə layihəsi olan “Azərsun İstehsal və Logistika Mərkəzi” ilə tanış olub.
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib ki, Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olması, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanması ölkələrimiz arasında bir sıra iqtisadi layihələrin uğurla reallaşdırılmasına şərait yaradır. Belə layihələrdən biri də “Aktau Dəniz Limanı” Xüsusi İqtisadi Zonasında yerləşən “Azərsun İstehsal və Logistika Mərkəzi”dir.
Logistika Mərkəzi barədə məlumat verən Şahin Mustafayev mərkəzin inşasına dair razılığın 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşündə əldə edildiyini və bu istiqamətdə dövlət başçıları tərəfindən müvafiq tapşırıqların verildiyini diqqətə çatdırıb. Həmin il Logistika Mərkəzinin inşasına dair Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, “Azərsun Holdinq” və Qazaxıstanın “Aktau Dəniz Limanı” Xüsusi İqtisadi Zonası arasında Anlaşma Memorandumu imzalanıb. Təməli 2014-cü ilin 28 iyun tarixində qoyulan və 2015-ci ilin dekabrında fəaliyyətə başlayan “Azərsun İstehsal və Logistika Mərkəzi”nin ümumi anbar sahəsi 8730 m2 olan quru və soyuducu anbarlar və digər infrastrukturdan ibarətdir. Dəyəri 20 mln. ABŞ dolları olan Logistika Mərkəzi Almaniya, Niderland, İtaliya, Yaponiya və Türkiyə istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və xırda tonajlı nəqliyyat vasitələri ilə təchiz edilib. İqtisadiyyat naziri Şahin Mustafayev “Azərsun İstehsal və Logistika Mərkəzi”nin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi üçün xüsusi gömrük rejiminin tətbiq olunmasının məqsədəuyğunluğunu diqqətə çatdırıb.
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan və Qazaxıstan dövlət başçılarının tapşırığının qısa müddətdə və keyfiyyətli icrasını yüksək qiymətləndirib və xüsusi gömrük rejiminin tətbiqi ilə bağlı Qazaxıstanın aidiyyəti orqanlarına müvafiq göstəriş verib.
Qeyd edək ki, 25%-i dövlətə məxsus olan “Azərsun İstehsal və Logistika Mərkəzi” Azərbaycanın xarici ölkələrdə ilk Logistika Mərkəzidir. Logistika Mərkəzi Azərbaycanda istehsal olunan sənaye, kənd təsərrüfatı və ərzaq məhsullarının Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinə, həmçinin Qazaxıstan mallarının ölkəmizə ixracı üçün əlverişli şərait yaradır. Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin və regionda nəqliyyat infrastrukturunun inkişafı, beynəlxalq yük daşımalarının artırılması baxımından Logistika Mərkəzinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 9 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
15 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
15 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
15 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib






.jpg)
.jpg)










.jpg)


