AZAL İordaniyaya aviareys açır - TARİX
“Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov dekabrın 26-da İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Asem Ğoşehlə görüşüb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, bu görüş İordaniya Haşimilər Kralı II Abdullah ibn Əl-Hüseynin cari ilin 10 dekabr tarixində Azərbaycana rəsmi səfərinin yekunları əsasında baş tutub. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları”nın rəhbərliyinə iki ölkə arasında birbaşa hava əlaqəsinin qurulması barədə tapşırıq verib.
Cahangir Əsgərov və Sami Asem Ğoşeh bütün prosedur məsələləri başa çatdırıldıqdan sonra Bakı ilə Əmman arasında uçuşların 2020-ci ilin may ayının sonundan etibarən həyata keçiriləcəyi barədə razılıq əldə ediblər.
Reyslər həftədə iki dəfə “Buta Airways” aviaşirkətinin “Embraer 190” təyyarələri ilə yerinə yetiriləcək.
Danışıqlar zamanı Cahangir Əsgərov qeyd edib ki, birbaşa hava əlaqəsinin qurulması iki ölkə arasında turizmin və işgüzar əlaqələrin inkişafı üçün əlavə stimul olacaqdır.
Sami Asem Ğoşeh yeni reysin hər iki ölkə vətəndaşları arasında böyük marağa səbəb olacağına inandığını bildirib. Onun sözlərinə görə, yaxın gələcəkdə İordaniyanın ən böyük turizm şirkətləri ilə danışıqlar aparılacaq və həmin şirkətlərin nümayəndələri Bakıya işgüzar səfər edəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
35 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
51 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
55 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























