11 mindən artıq mənzilin "kupça"sı hazırlanıb
Azərbaycan Respublikasının Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanı ilə istismarına icazə verilən binalarda yerləşən mənzillərin qeydiyyatı davam edir.
Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumata görə, cari il ərzində Fərmanın icrası ilə bağlı görülən işlərin nəticələri müsbətdir.
"Qeyd edilməlidir ki, 2019-cu il ərzində ölkə üzrə istismarına icazə verilən 277 MTK, MMC, fiziki şəxslərə aid binanın istismarına icazə aktları Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə daxil olub. Bunlardan 262 MTK, MMC, fiziki şəxslərə aid binalar Bakıda, qalan 15 MTK, MMC, fiziki şəxslərə aid binalar rayonlarda yerləşir. Paytaxt üzrə isə ən çox istismarına icazə verilən bina Yasamal rayonundadır.
Həmin binalarda yerləşən 11 mindən artıq mənzilin çıxarışı hazırlanıb. Həmçinin 1000-dən çox sənəd qəbul edilib. Qəbul edilən sənədlər hazırda icra mərhələsindədir",- məlumatda deyilir.
MTK tərəfindən verilən mənzillər üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün MTK-nın ümumi yığıncağının qərarı və maliyyə arayışı, MMC-dən alınan mənzillər üçün isə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi kimi sənədlər, o cümlədən şəxsiyyət vəsiqəsi tələb edilir. İstismarına icazə verilən bina sakinləri əmlakına dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlərlə birgə Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Bundan başqa prosesin daha intensiv aparılması məqsədilə ünvanlarda “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi sosial kampaniyalar hər həftə keçirilir. Kampaniyanın qrafiki, keçiriləcəyi binaların ünvanı barədə ictimai məlumatlandırma aparılır.
Bildirilməlidir ki, vətəndaşlar “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə etməklə tələb olunan dövlət rüsumu və xidmət haqqının məbləğini onlayn qaydada öyrənə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
14 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






