Heydər Əliyev prospektində daha bir möhtəşəm bina tikilə bilər - FOTOLAR
Bakıda Heydər Əliyev prospektində Energetika Nazirliyi üçün möhtəşəm inzibati binanın tikilməsi nəzərdə tutulur.
“Marja” “Nəriman Memarlıq” şirkətinin saytına istinadən xəbər verir ki, 2019-cu ildə Energetika Nazirliyinin sifarişi ilə memar Nəriman İmaməliyev inzibati binanın layihəsini hazırlayıb.
İnzibati bina 97,7 metr hündürlüyə və 6724.3 kv.m sahəyə malik olacaq.
Xəbər verdiyimiz kimi, 2019-cu ilin Dekabr ayında Energetika Nazirliyi Bakının Heydər Əliyev prospekti, 152 ünvanındakı “Çinar Plaza” biznes mərkəzini tərk edib. Nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərir.
11:29 - Xəbər yayımlandıqdan sonra memar Nəriman İmaməliyev “Marja” ilə əlaqə saxlayaraq bildirdi ki, “Nəriman Memarlıq” şirkəti inzibati bina layihəsi üçün Energetika Nazirliyindən sifariş almayıb:
“Şirkətimizin saytında layihənin “Sifarişçisi” hissəsində Energetika Nazirliyinin adının yazılması şərtidir. Bu layihənin hazırlanması təşəbbüsü ilə “Nəriman Memarlıq” şirkəti çıxış edib. İstəyirik ki, şəhərimizdə daha bir gözəl binanın tikilməsində bizim də əməyimiz olsun. Biz öz təşəbbüsümüz ilə dizayn-layihəni hazırlayaraq Energetika Nazirliyinə göndərmişik. Binanın tikilib - tikilməməsi rəsmi qurumların qərarından asılıdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























