Azərbaycanda kombaynlar istehsal ediləcək
"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) Finlandiyanın məşhur "Sampo" firması ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Bu barədə zavodun Müşahidə Şurasının sədri Xanlar Fətiyev məlumat verib.
Onun sözlərinə görə, müqavilənin şərtlərinə uyğun olaraq Gəncədə "Sampo Rosenlew" markalı kombaynlar yığılacaq. Bu ilin mart ayının əvvəlində yığım xəttinin istifadəyə verilməsi nəzərdə tutulub.
“Bildiyiniz kimi "Sampo" firmasının müxtəlif model kombaynları Azərbaycan fermerlərinə tanışdır. 10 ilə yaxın müddətdir ki, taxıl biçinində bu kombaynlar yüksək texniki göstəriciləri ilə yerli fermerlərin istifadəsindədir və rəğbətlə qarşılanır. "Gəncə Avtomobil Zavodu" "Sampo" kombaynlarının yığılması ilə bərabər onun Azərbaycan bazarında satışını, eləcə də satışdan sonrakı xidmətlərini həyata keçirəcək. Kombaynların həm də yaxın ölkələrə ixracı planlaşdırır”, - deyə X.Fətiyev əlavə edib.
Onun sözlərinə görə, ixracla bağlı həm İB-nin marketinq şöbəsinə, həm də müəssisənin xarici ölkələrdəki nümayəndəliklərinə xüsusi tapşırıqlar verilib.
“Biz "Sampo" şirkəti ilə sıx əməkdaşlıq etmək barədə razılığa gəlmişik. Bu şirkət kənd təsərrüfatı texnikalarının istehsalı üzrə dünya markasıdır və keyfiyyətli məhsulları ilə seçilir. Azərbaycanda keçirilmiş "Caspian Agro" 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində də bu şirkət öz məhsullarını nümayiş etdirib və böyük marağa səbəb olub. Biz "Sampo" kombaynlarının satışı üçün Türkiyə bazarını yaxından araşdırırıq. Ümidvaram ki, yaxın vaxtlarda bu istiqamətdə böyük bir uğura imza atacağıq”, - X.Fətiyev bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























