Opel 4 min nəfəri işdən çıxara bilər
Mövzu haqqında məlumata malik bir mənbəyə görə, PSA Group-un Almaniyadakı şirkəti Opel, 4100 nəfəri işdən çıxarmağı planlaşdırır. Beləliklə, Opel də satışlardakı azalma və texnologiya səbəbilə qənaətə gedən digər avtomobil şirkətlərinə qatılacaq.
"Marja" xarici mətbuata istinadən xəbər verir ki, rəsmi açıqlama olmadan əvvəl adının açıqlanmasını istəməyən mənbəyə görə, Opel, 2025-ci ilə qədər 2100 nəfərlə yollarını ayıracaq. Sonra 2029-a qədər iki dəfəyə 2000 nəfəri işdən çıxaracaq.
Mənbəyə görə, Opel mövzu ilə əlaqədar açıqlamanı Çərşənbə axşamı günü edəcək.
PSA Group 2017-ci ildə Opel-i General Motors-dan alıb.
Avtomobil şirkətləri bir neçə il ərzində daxili yanma mühərrikləri ilə çalışan avtomobillərdən imtina edərək elektrikli avtomobil istehsalını genişləndirəcəklər. Elektrikli avtomobillər daha az ehtiyat hissələri tələb etdiyindən istehsalı zamanı da daha az işçiyə ehtiyac olur. Avtomobil istehsalçıları gələcək illərdə 80 min nəfəri işdən çıxaracaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























