"Qiymətli kağızlar üzrə borcumuz 1 milyard manatı aşıb"
“Fond tərəfindən 2019-cu il ərzində illik 3% dərəcəsi ilə ümumi həcmi 150 mln. manat olan ipoteka istiqrazları yerləşdirilib. Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Fond tərəfindən daxili kapital bazarında qiymətli kağızların yerləşdirilməsi vasitəsilə cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 1 milyard 5 milyon manata çatıb. Bu vəsaitlər adi ipoteka kreditlərinin (25 ilədək müddətinə, illik 8%) maliyyələşdirilməsinə yönəldilib”.
Bu, İpoteka və Kredit Zəmanət Fondundan “Marja”ya daxil olmuş məlumatda bildirilir.
Qeyd edilib ki, cəlb olunmuş vəsaitlərdən 281,1 mln. manat məbləğində istiqraz üzrə öhdəliklər tam şəkildə yerinə yetirilib. Hazırda Fondun dövriyyədə olan istiqrazlarının həcmi 723,9 mln. manat təşkil edir, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir.
2019-cu il Fond üçün uğurlu maliyyə göstəriciləri ilə xarakterik hesab olunur. Belə ki, 2018-ci illə müqayisədə ötən ilin sonuna Fondun aktivləri 10,2% artaraq 1,41 mlrd. manat, illik bölüşdürülməmiş mənfəəti isə 18,6 mln. manat olub.
Prezident İlham Əliyevin 16 dekabr tarixli Fərmanı ilə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artaraq 637 milyon manata çatdırılıb. Kapitalın artımı 2020-ci ilin dövlət büdcəsi xərclərində güzəştli ipoteka kreditləşməsi üçün nəzərdə tutulan 71 milyon manat məbləğində vəsait hesabına təmin ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







