"Xəzər dənizilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi əhəmiyyətlidir"
“Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi region üçün böyük əhəmiyyət kəsb edən məsələdir”.
Bu fikirləri Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması"nın açılışı zamanı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ-ın dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Metyu Brayza (Matthew Bryza) bildirib.
“Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması"nın əhəmiyyəti olduqca böyükdür. Platforma zamanı Əfqanıstan, Orta Asiya ölkələri də daxil olmaqla Böyük Xəzər regionu ölkələrinin iqtisadi, ticarət perspektivlərinin genişləndirilməsi məsələləri müzakirə olunacaq. Tədbirdə region ölkələri hökumətlərinin dəstəyi ilə əməkdaşlığın gücləndirilməsi kimi vacib mövzulara toxunulacaq. Lakin fikrimcə, burda ən əhəmiyyətli olan məsələ Xəzər regionunda Xəzər dənizi vasitəsilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi məsələsidir. Platforma zamanı mən bu məsələ ətrafında öz fikirlərimi və təcrübəmi bölüşəcəyəm. Bu mövzu mənə çox yaxındır və məni 20-25 il bundan əvvəllərə qaytarır. Yadıma düşür ki, biz Azərbaycan hökuməti, Heydər Əliyev, neft şirkətləri ilə, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri layihəsi üzərində necə işləyirdik. Bu platforma yaradıcı fikirlərin, qlobal ideyaların platformasıdır".
Qeyd edək ki, Davosda işinə başlayan sayca 50-ci Dünya İqtisadi Forumu çərçivəsində dalbadal dördüncü dəfə Xəzər regionunun potensialını tanıtmaq, buraya sərmayə cəlb etmək məqsədilə "Caspian Week" forumu təşkil edilir.
"Caspian Week" forumunu hər il keçirmək fikri Dünya İqtisadi Forumunun üzvü olan İsveçrənin “İntegral Petroleum SA” şirkəti tərəfindən 2017-ci ildə irəli sürülüb. Həmin vaxtdan forum hər il uğurla həyata keçirilir.
"Caspian Week" forumunun başlıca məqsədi Böyük Xəzər Regionu (Xəzər və Qara dəniz hövzələrinin ölkələri) ilə Avropa arasında iqtisadi, mədəni, təhsil, elmi əlaqələri genişləndirmək, habelə adı çəkilən regiona sərmayələri, rəqəmsal və s. yeni texnologiyaları cəlb etməkdən ibarətdir. Builki forumda Gürcüstanın Baş naziri Giorgi Qaxaria, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, İsveçrə parlamentinin keçmiş prezidenti Felipe Lombardi, Əfqanıstanın İqtisadiyyat naziri Mustafa Məstur, Rusiyanın Almaniyadakı keçmiş səfiri Vladimir Kotenev, A+A şirkətlər qrupu prezidentinin Qazaxıstan və Azərbaycan üzrə müşaviri Andreas Baumqartner, “Fiat” şirkətinin keçmiş prezidenti Baber Badat kimi nüfuzlu şəxslər nitq söyləyəcəklər.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























