"Lapis-Lazuli” layihəsinin üzərində işlər uğurla davam etdirilir"
“Lapis-Lazuli” layihəsinin (Lazurit nəqliyyat dəhlizi) üzərində işlər uğurla davam etdirilir”.
Bu fikirləri Əfqanıstan İslam Respublikasının İqtisadiyyat naziri Mustafa Mastoor bildirib.
“Lazurit” nəqliyyat layihəsi üzərində işlər uğurla davam edir. 2018-ci ilin dekabrında başlamış bu layihə sayəsində Əfqanıstandan artıq iki dəfə yük nəql edilib. Bu layihə üzərində çalışan bütün ölkələrə, habelə Azərbaycana minnətdarıq. Layihənin başa çatdırılması məqsədi ilə viza, gömrük və bu kimi digər inzibati məsələləri həll etmək üzrəyik. Bundan sonra Iayihənin uğurlu fəaliyyətini təmin etmiş olacağıq”, - nazir qeyd edib.
Nazir Azərbaycanın böyük potensialı olan ölkə olduğunu və Əfqanıstanda bir çox sahələrin inkişafına öz töhfəsini verə biləcəyini bildirib:
“Azərbaycan ilə Əfqanıstan arasında əlaqələr həmişə yüksək səviyyədə olub və bu gün ikitərəfli əlaqələrimiz tarixdə ən parlaq dövrünü yaşayır. Hesab edirəm ki, Azərbaycan Əfqanıstanla bağlı müxtəlif məsələlərdə, xüsusilə ölkənin siyasi və iqtisadi həyatında daha yaxından rol oynaya bilər. Bunun üçün Azərbaycan böyük potensiala malikdir. Azərbaycan Əfqanıstanda sülhün bərpa olunmasına öz töhfəsini verə bilər. Bundan başqa, neft-qaz, nəqliyyat məsələlərində Azərbaycan böyük uğurlar əldə edib. Turizm sahəsində də Azərbaycan güclüdür və öz təcrübəsi sahəsində Əfqanıstana investorlar cəlb edə bilər".
Xatırladaq ki, Lapis-Lazuli marşrutuna dair beştərəfli Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanıb. Sazişdə iştirakçı ölkələrin nəqliyyat infrastrukturunun (avtomobil, dəmir yolu və dəniz nəqliyyatı) modernləşdirilməsi, həmçinin gömrük prosedurlarının asanlaşdırılması nəzərdə tutulur. Avtomobil, dəmir yolu və dəniz marşrutu ilə yükdaşımalarını ehtiva edən Lazurit dəhlizi yüklərin Əfqanıstandan və Asiyadan Avropaya çatdırılması üçün ən əlverişli və ucuz marşrutdur.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























