“Kirayə mənzillər sosial yox, biznes layihəsidir” - NARAZILIQ
Uzun müddətdir satışı gözlənilən kirayə mənzillərlə bağlı açıqlanan ilkin məlumatlar geniş müzakirələrə səbəb olub. Təəssüf ki, uzun illərdir ev sahibi olmaq üçün bu fürsətdən yararlanmaq istəyənlər üçün şərtlər əlçatan deyil. Müzakirələrin əsasını da bu amil təşkil edir.
“Məsələyə yenidən baxılmalıdır”
Məsələ ilə bağlı danışan V çağırış Milli Məclisin deputatı Vahid Əhmədov şərtlərin əlverişsiz olduğunu dilə gətirib:
“Sosial şəbəkələrdə gedən müzakirələrdən xəbərdaram. Həqiqətən də qiymətlər aztəmiantlı, evsiz əhali üçün əlçatan deyil. İlkin ödəniş üçün 7 min manat çox böyük məbləğdir. Əgər bu evlər faizsiz verilirdisə, ilkin ödəniş də az olmalı idi. Yox əgər faizi də bəri başdan hesablayıblarsa, bu layihənin effektivliyi qalmır. Əvvəlcədən bildirmişdilər ki, aylıq 200-300 manat ödəməklə vətəndaş 25-30 il ərzində həmin mənzilə sahib olacaq. Amma indiki rəqəmlər heç də məsələnin əvvəldə bildirildiyi kimi olmadığını deməyə əsas verir. Çünki indiki şərtlər daxilində sosial təminatı zəif olan insanlar kirayə mənzil sahibi ola bilməyəcəklər. Ona görə də məsələyə baxmaq lazımdır”.
300 mənzillik layihə...
İqtisadçı Natiq Cəfərli bildirib ki, kirayə mənzillər sosial layihə olaraq təqdim edilmişdi:
“Aztəmiantlı, gənc ailələrə mənzilə çıxış imkanlarının asanlaşdırılması kimi həyata keçirilcəyinə dair bəyənatlar var idi. Əvvəlcədən deyirdilər ki, kredit faizləri hesablanmayacaq. Amma ilkin məlumatlar açıqlanarkən məlum oldu ki, mənzillərin satışı faizsiz elan olunsa da, faizlər əvvəlcədən hesablanaraq, ümumi qiymətin üzərinə gəlinib. Ona görə də qiymətlər çox yüksəkdir. Normalda kirayə şərtlərilə satışa çıxarılan mənzili nağd şəklində 3 dəfə ucuz qiymətə almaq olar. İkinci məsələ mənzillərin sayının məhdud olması ilə bağlıdır. Ümumilikdə 300-dən yuxarı sayla məhdudlaşan mənzillər ciddi sosial layihəyə çevrilə bilməyəcək. Bununla insanların mənzilə tələbatının ödənilməsi mümkün deyil. Üçüncü məsələ ondan ibarətdir ki, bunlar fiksə olunmuş qiymətlər deyil. Əgər sabah müqavilə şərtlərinə görə manatın məzənnəsilə bağlı dəyişiklik, inflyasiya qeydə alınsa, qiymətə yenidən baxılacaq.
Fors-major situasiyalarda bütün məsuliyyət və əziyyət alıcının üzərinə qoyulur. Bütün bunları nəzərə alsaq, kirayə mənzil layihəsinin sosial layihə olmaqdan çıxaraq, insanlarda qıcıq yaradır”.
“Bu, sosial layihə olmaqdan çıxıb”
Ekspert qeyd edib ki, biznes layihəsi sosial layihə adı altında cəmiyyətə sırınır:
“Sosial şəbəkələrdə gedən müzakirələr də insanların narazılığını göstərir. Açıqlamalarla bu layihəyə ümid edənlərin ümidləri puça çıxdı. Bu həm də sosial layihə olmaqdan çıxıb və kommersiya layihəsinə çevrilib. Çünki mənzillərin lokasiyasına baxdıqda görürük ki, müxtəlif ərazilərdə yerləşən mənzillərdir. Bu da onu deməyə əsas verir ki, dövlətin balansında olan, satışı birbaşa nağd şəklində həyata keçirilən mənzillərin bu şəkildə baha satılmasına qərar verilib. Sanki sosial layihə biznes layihəsinə çevrlib. Təəssüf ki, layihəhinin indidən uğursuz olduğunu demək mümkündür”.
İlkin açıqlanan məlumatalara görə, kirayə üsulu ilə satılacaq mənzillərin sayı 331-dir. Mənzillərin 208-i Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində (“Neftçilər” və “Qara Qarayev” metrostansiyalarının yaxınlığında), 40-ı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i Sumqayıtda yerləşir.
© "Modern"
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
5 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 8 saat əvvəl
-
8 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 8 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır
















