“Mənzilləri kütləvi almışıq, qiymətləri bazardan aşağıdır”
İpoteka və Kredit Zəmanəti Fondunun bas direktoru İlham Kələşov kirayə mexanizmi ilə təklif ediləcək mənzillərin 1 kvadrat metrinin 1800-2000 manat civarında olduğu barədə yayılan məlumatların yanlış olduğunu bildirib.
“Marja” xəbər verir Fondunun baş direktoru deyib:
“Qiymətlər ilə bağlı sosial şəbəkələrdə və mediada müxtəlif fikirlər səslənir. Qeyd edim ki, 1 kv.m üçün danışılan qiymətlər Fondun təlimatlarından birində şərti olaraq göstərdiyi qiymətlərdir. Baxmayaraq ki, Fond bir neçə dəfə həmin qiymətlərin şərti olduğunu açıqlayıb. Buna baxmayaraq, şərti qiymətlər əhali arasında dolaşmaqdadır. Fond 1800-2000 manat qiymətlərini açıqlamayıb. Qiymətlər ilə bağlı əminliklə deyə bilərik ki, alınan yaşayış sahələrinin qiymətləri orta bazar qiymətlərindən aşağıdır, çünki Fond bu mənzilləri kütləvi alıb. Biz məlumat verdik ki, satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə aylıq ödənişlər Bakı şəhərində 411 manatdan, Xırdalan şəhərində 333 manatdan, Sumqayıt şəhərində 297 manatdan başlayacaqdır”.
SAHƏLƏRƏ DİVARIN ALTINDA QALAN YERLƏR DAXİL DEYİL
İlham Kələşov əlavə edib ki, Fondun aldığı mənzillər analoji mənzillər ilə müqayisə aedilmir, həmçinin kirayəyə veriləcək mənzillərin sahələri iç ölçülər ilə hesablanıb: “Qaydalara əsasən, təklif olunan mənzillər yeni tikililərdədir və tam təmirlidir. Həmçinin Fondun göstərdiyi mənzil sahələri çıxarışda (kupçada- red) göstərilən sahələrdir. Bildiyimiz kimi, tikinti şirkətləri tərəfindən təqdim edilən sahələr xarici divar ölçüləri üzrə aparılmış hesablamanı (divarın çöl hissəsindən aparılmış hesablama) göstərir. Fondun aldığı mənzillər üzrə göstərdiyi sahələr isə iç ölçülər ilə aparılmış hesablamanı göstərir”.
İlham Kələşov qeyd edib ki, kirayə müddətində əmlak sığortası ilə bağlı xərclər Fond tərəfindən qarşılanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)






