PAŞA Bank proqramçılar müsabiqəsinin qaliblərini açıqladı - ADLAR
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ölkədə proqramçılar üçün ilk dəfə keçirilən "PASHA Bank Cup" müsabiqəsinin nəticələrini açıqlayıb.
Yanvar ayının 25-də Bakı Mühəndislik Universitetində keçirilən proqramlaşdırma yarışmasının sonuncu mərhələsində 38 finalçı iştirak edib.
Azərbaycanın proqramlaşdırma sahəsinin aparıcı mütəxəssisləri 4 saat müddətində 8 alqoritmik tapşırıqdan ibarət olan yarışmada öz qüvvələrini sınayıb. Müsabiqənin nəticələri münsiflər heyətində təmsil olunan Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, Bakı Mühəndislik Universitetinin baş müəllimi Etibar Seyidzadə, PAŞA Bankın Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri Vüsal Xəlilov və PAŞA Bankın Rəqəmsal Laboratoriyasının baş proqramçısı Rəşad Əmircanov tərəfindən açıqlanıb. Beləliklə, fərqli kateqoriyalar üzrə göstəriciləri ən yüksək olan və tapşırıqları ən tez cavablandıran 10 iştirakçı qalib elan edilib.
“PASHA Bank Cup” yarışmasının qaliblərinin adları:
Yer | Nəticə (%) | Mükafat | |
Kateqoriya: peşəkarlar Fərid Əhmədov | 1 | 100 | Apple Macbook Pro 15.4 2018 Touch |
Rəşad Məmmədov | 2 | 100 | Apple iPad 9.7 32Gb Wi-Fi Grey |
Eldar Mustafayev | 3 | 75.82 | Apple AirPods 2 |
Kateqoriya: tələbələr | |||
Ülvi Aslanlı | 1 | 100 | Apple iPad 9.7 32Gb Wi-Fi Grey |
Nicat Hüseynov | 2 | 77.56 | Apple AirPods 2 |
Kamal Bağırlı | 3 | 69.56 | E-reader Pocketbook 614 Black |
Kateqoriya: şagirdlər | |||
Murad Eynizadə | 1 | 100 | Apple AirPods 2 |
Əziz Hüseynov | 2 | 100 | E-reader Pocketbook 614 Black |
İbrahim Tağızadə | 3 | 82.6 | Xiaomi Mi Band 4 |
Hüseyn Hacıyev | 4 | 82.6 | Xiaomi Mi Band 4 |
Qeyd edək ki, proqramçılar üçün nəzərdə tutulan "PASHA Bank Cup" müsabiqəsi Bakı Mühəndislik Universitetinin dəstəyi ilə həyata keçirilib. Bundan əvvəl keçirilən 4 təsnifat mərhələsi online şəkildə HackerRank platforması üzərindən keçirilib. Bu mərhələlərdə ümumi olaraq 163 nəfər iştirak edib.
PAŞA Bank Azərbaycanda proqramlaşdırma sahəsinin daha da inkişaf etdirilməsini, bu sahədə çalışan mütəxəssislərin, təhsil alan tələbələrin, eləcə də şagirdlərin daha dərin biliklərə və peşəkar bacarıqlara yiyələnməsini hədəfləyən müsabiqələri müntəzəm olaraq keçirmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















