Sahibkar qiymət siyasətində əhalinin alıcıq qabiliyyətini nəzərə alır? - Araşdırma
Sahibkar qiymət siyasətində ilk növbədə əhalinin alıcıq qabiliyyətini nəzərə alır - Araşdırma
Ümumi baxış
Bu gün Azərbaycanda köklü sahibkarlıq var və bu sahibkarlığın inkişafına dəstək vermək üçün dövlət tərəfindən müvafiq qanuni baza yaradılıb və bu məsələ daim dövlət başçısının diqqət mərkəzindədir. Lakin bütün bu proseslərdə çatışmayan məqamlar var. Burada daha çox əhalinin az məlumatlı olmasını qeyd etmək olar. Yəni həm sahibkarlar, həm dövlət öz işini görür, amma əhali bəzən ya tam xəbərsiz, ya natamam məlumatlı, ya da neqativ məlumatlı olur. Bu da öz növbəsində sahibkarlara qarşı fərqli düşüncənin formalaşmasına səbəb olur. Hər bir neqativ məlumat dövlətin nəzarət strukturlarının reaksiyasına səbəb olur və müvafiq olaraq əlavə gərginlik yaradır. Azərbaycan höküməti planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi seçib və bu növ iqtisadi münasibət qiymətlərin və keyfiyyətin bazar tərəfindən tənzimlənməsi deməkdir.
Son zamanlar əhalini narahat edən ən vacib məsələlərdən biri istehlak mallarının qiymət artımı tendensiyasıdır. Əslində bu tendensiyanın iqtisadi əsaslandırması var, belə ki, bunun əsas səbəbi milli valyutanın iki dəfə devalvasiyaya uğramasıdır. 2015-ci ildə tətbiq edilmiş iki devalvasiya prosesi və daha sonra üzən məzənnəyə keçid istehlak mallarının böyük qisminin idxal olunması fonunda, qiymətlərə də təsirsiz qala bilməzdi.
Reallıq
Hazırda 1 dolların qiyməti 1,72 manat təşkil edir, lakin devalvasiyadan öncə - 2014 ildə bu rəqəm cəmi 0,78 manat, 2015-ci ildə 1,05 manat, 2016 ildə 1,55 manat və hazırda 1,75 manat təşkil edir, yəni dolların məzənnəsi Azərbaycan manatına qarşı 124% artıb. Bu artım qarşısında istehlak mallarının qiymətinin artması da normaldır və real iqtisadi əsaslandırması var. Təbii ki, devalvasiya sahibkarlardan yeni şəraitə uyğunlaşmağı da tələb edir. Bütün bunlara baxmayaraq, əhali arasında sahibkarlara, əsasən də istehlak mallarını əhaliyə çatdıranlara qarşı neqativ fikir formalaşıb. Burada əhalinin ən çox verdiyi sual isə belədir: “Niyə xarici valyutanın məzənnəsi dəyişir, amma istehlak mallarının qiyməti ancaq artır?!”...
Azad bazar iqtisadiyyatında, qiymət artımı həm də bazarda sağlam münasibətlərin və rəqabətin formalaşmasının sübutudur. Bazara təqdim olunan istehlak mallarının böyük hissəsi idxal olunur və qiymət tərkibinin 75% malın maya dəyərini təşkil edir. Bütün bunlara baxmayaraq, bazarda deyildiyi kimi şişirdilmış və süni qiymət artımı yoxdur. Buna sübut kimi isə istehlak səbətinə daxil olan əsas malların qiymətini nəzərdən keçirmək olar:
İdxal olunan məhsulun adı | 2014 ildə ortalama rəf qiymətləri | 2015 ildə ortalama rəf qiymətləri | 2016 ildə ortalama rəf qiymətləri | 2017 ildə ortalama rəf qiymətləri |
Yumurta | 0.08 | 0.11 | 0.12 | 0.08 |
Toyuq | 2.20 | 2.50 | 3.50 | 3.80 |
Şəkər tozu | 0.78 | 0.80 | 1.10 | 1.25 |
Un | 0.90 | 1.00 | 1.30 | 1.40 |
Kərə yağı | 6.00 | 7.00 | 10.90 | 12.80 |
Çay | 1.70 | 1.70 | 1.90 | 2.00 |
Qarabaşaq | 1.25 | 1.40 | 2.00 | 1.70 |
Mayonez | 2.97 | 2.97 | 3.40 | 3.40 |
Makaron | 0.78 | 0.92 | 1.02 | 1.08 |
Cədvəldə göründüyü kimi, dollarin qiymətinin 124% artması fonunda, istehlak mallarının belə differensiyalaşdırılmış və devalvasiyanın səviyyəsindən aşağı səviyyədə saxlanılması bazarda kifayət qədər şəffaf və sağlam rəqabət münasibətlərinin formalaşması deməkdir. Belə ki, 124%-lik artım fonunda bütün malların qiyməti ortalama 93% artmalı idi. Şirkətlərin qiymət siyasətinə həm də alıcıq qabiliyyətinin stabil olması amili də təsir edib. İstehlak mallarının satışı ilə məşğul olan şirkətlər hətta gündəlik istehlak səbətinə daxil olan mallardan mənafe güdmür və bu dünya təcrübəsində qəbul olunmuş sosial siyasətdir.
Dövlət-sahibkar
Qiymətlərin bu formada saxlanılması həmçinin dövlət-sahibkar münasibətlərinin effektivliyinin sübutudur. Dövlət başçının yürütdüyü sosial-iqtisadi siyasət həm sahibkarların, həm də əhalinin mənafeyinin eyni qaydada qorunmasını təmin edir. Bu da o deməkdir ki, sahibkarlar ölkəyə əhali üçün çatdıralacaq mallara qiymət siyasətində çox ehtiyyatlı davranır və dövlətin iqtisadi-siyasi kursuna layiq olmağa çalışırlar. Çünki əks tədbirdə dövlətin nəzarət funksiyaları işə düşür və bu da sahibkarların bazardan çıxarılmasına belə gətirib çıxara bilər.
Fəaliyyət göstərən şirkətlər hazırki çağırışlara cavab vermək və bazarda mövqeyini itirməməmək üçün həm də daha peşəkər fəaliyyət göstərməyi, yəni mütəmmadi olaraq marketinq araşdırmalar aparır, korporativ idarəetmə prinsiplərini təkmilləşdirir. Bazarda sahibkarlara mane ola biləcək inhisarçılığın da olmaması əlavə rüsum və vergilərin ləğv olunması şirkətlərin strukturunun nə qədər effektiv olub-olmamasını üzə çıxarır.
Bütün bu sadalananlarının fonunda ölkəyə mal idxal edən və əhaliyə gündəlik istehlak malları çatdıran sahibkarlara qarşı formalaşdırılmış neqativ fikir əksər hallarda əsassızdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
9 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
10 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
10 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
10 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar











.jpg)






