Azərbaycanda rezin tullantıların təkrar emalı müəssisəsi yaradılır
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) qısa müddət ərzində ölkədə rezin tullantıların utilizasiyası və təkrar emalı ilə bağlı müəssisəsini istifadəyə verəcək.
Bunu ADNSU-nun rektoru, professor Mustafa Babanlı bildirib.
Onun sözlərinə görə, hazırda dünya yeni nə isə yaratmaqla yanaşı, mövcud tullantıların utilizasiyası ilə bağlı çox böyük problem qarşısında qalıb: “Bu tip məsələlər bizi daim maraqlandırır. Bizim universitetimiz bu istiqamət üzrə də ixtisaslaşmış universitetlərdən biridir. Belə problemlərdən biri rezin tullantılarıdır”.
M.Babanlı bildirib ki, hazırda ölkədə 1,5 milyon avtomobil var: “Bu avtomobillərin hər birində də 4, 6 və ya 8 təkəri var. Bu təkər şinlərinin istismarı müddəti istər-istəməz tükənir. Hər avtomobil ildə bir dəfə təkərinin bircə şinini utilizasiya üçün versə, bu 1,5 milyon təkərin utilizasiyası deməkdir. Bu isə çox böyük ekoloji problemdir”.
Rektor deyir ki, ikinci tərəfdən isə bu məhsul təkrar emala getməlidir: “Artıq bununla bağlı ADNSU-nun yeni texnologiyası hazırdır və 3 istiqamətdə materiallarımız hazırlanıb: birinci istiqamət idman meydançaları üçün rezin döşəmələrin hazırlanması, ikinci istiqamət sorbentlərin hazırlanması, üçüncü istiqamət isə hər kəsin rezin “prokladka” kimi tanıdığı kipləşdiricilərin istehsalı istiqamətində yeni texnologiyaların tətbiqi. Düşünürəm ki, qısa müddət ərzində bu müəssisəmiz istifadəyə veriləcək”.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 9 d. əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb




.jpg)









.jpg)





