“Azərbaycana Hyundai-ların idxalında gecikmələr gözlənilmir”- AÇIQLAMA
Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi distribyütoru “Auto Azərbaycan” şirkəti (Hyundai Azərbaycan) Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motors Company”nin fəaliyyətini dayandırması ilə bağlı məlumatı təkzib edir.
Şirkətdən “Marja”ya verilən məlumata görə, “Hyundai Motors”un Cənubi Koreyada yerləşən zavodlarında avtomobil istehsalında gecikmələr var, lakin bunun Azərbaycana təsiri yoxdur:
“Bu gün yayımlanan məlumata görə Cənubi Koreya höküməti Çində davam edən “Corona” virus böhranı səbəbiylə, bir müddət Çindən idxalı dayandırıb.
Cənubi Koreya avtomobil istehsalçısı “Hyundai Motors Company” Cənubi Koreyada yerləşən zavodların bir sıra xammal və ehtiyyat hissələrini Çindən əldə etdiyi üçün avtomobil istehsalında gecikmələrin ola biləcəyini açıqlayıb. Buna baxmayaraq zavodlar öz fəaliyyətini davam etdirir.
“Auto Azərbaycan” şirkəti Cənubi Koreya ilə yanaşı “Hyundai Motors Company”nin Çexiya və Rusiyada yerləşən zavodlarından da avtomobil idxal edir. Yeni avtomobillərin və ehtiyyat hissələrinin idxalı ilə bağlı hal hazırda gecikmələr gözlənilmir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)







