Azərbaycanın qeyri neft məhsulları ixracı 2 milyard dollardan aşağıdır
2019-cu ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 195 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 122 ölkəyə məhsul ixrac olunmuş, 185 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ildə ölkənin xarici ticarət dövriyyəsi 33 milyard 138,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 19 milyard 471,3 milyon dollar, idxalın dəyəri 13 milyard 667,2 milyon dollar təşkil etmiş, nəticədə 5 milyard 804,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.
2018-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 4,3 faiz artmış, real ifadədə isə 3,7 faiz, o cümlədən idxal 6,5 faiz, ixrac 2,0 faiz azalmışdır. Bu dövr ərzində ölkədən 1 milyard 954,4 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilə nisbətən faktiki qiymətlərlə 13,9 faiz, real ifadədə isə 7,8 faiz çoxdur.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 28,7 faizini İtaliyaya, 14,6 faizini Türkiyəyə, 6,8 faizini İsrailə, 4,9 faizini Hindistana, 4,7 faizini Almaniyaya, 3,8 faizini Çinə, 3,7 faizini Rusiyaya, 3,6 faizini İspaniyaya, 3,3 faizini Çexiyaya, 3,0 faizini Gürcüstana, 2,7 faizini Fransaya, 2,4 faizini Birləşmiş Krallığa, 2,2 faizini Xorvatiyaya, hər biri 1,8 faiz olmaqla Tailand və Portuqaliyaya, 1,7 faizini Ukraynaya, 10,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (35,3 faiz), Türkiyəyə (20,6 faiz), İsveçrəyə (9,2 faiz), Gürcüstana (8,1 faiz), Ukraynaya (2,6 faiz), İtaliyaya (2,2 faiz), Çinə (1,9 faiz), Yunanıstana (1,8 faiz), Özbəkistana (1,4 faiz), İrana (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,8 faizi Rusiya, 12,0 faizi Türkiyə, 10,5 faizi Çin, 9,0 faizi İsveçrə, 5,6 faizi ABŞ, 5,2 faizi Almaniya, 3,4 faizi Ukrayna, 3,3 faizi İran, 2,9 faizi Kanada, 2,7 faizi İtaliya, 2,2 faizi Avstraliya, 1,8 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Yaponiya, 21,3 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2019-cu ildə 2018-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 5,4 faiz, şəkər – 40,8 faiz, tütün – 1,6 dəfə, meyvə və tərəvəz şirələri – 31,8 faiz, çay – 10,2 faiz, meyvə və tərəvəz konservləri – 3,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 21,3 faiz, pambıq lifi – 1,6 dəfə, emal olunmamış alüminium – 32,9 faiz, polietilen – 8,8 faiz, pambıq ipliyi – 34,9 faiz, bentonit gili – 19,1 faiz artmış, təzə tərəvəz ixracı isə 5,2 faiz, kartof – 7,2 faiz, bitki yağları – 24,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 19,1 faiz, qara metallardan yarımfabrikatlar – 37,6 faiz, qara metallardan borular – 82,5 faiz azalmışdır.
2018-ci illə müqayisədə 2019-cu ildə buğda idxalı 46,6 faiz, xam şəkər və şəkər – 45,1 faiz, təzə meyvə – 3,5 faiz, bitki yağları – 8,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 15,8 faiz, çay – 8,8 faiz, kartof – 27,6 faiz, quş əti və onun əlavə məhsulları – 10,6 faiz, mal əti – 5,8 faiz, təzə tərəvəz – 17,9 faiz, minik avtomobilləri – 1,7 dəfə, polad prokatı – 29,7 faiz, mineral gübrələr – 17,0 faiz, hesablama maşınları, blok və qurğuları – 16,8 faiz, rezin şinlər – 17,9 faiz, avtobuslar – 1,8 dəfə, mebellər – 4,2 faiz, yük avtomobilləri – 1,6 dəfə, polietilen – 20,9 faiz, məişət kondisionerləri – 54,2 faiz, paltaryuyan maşınlar – 6,6 faiz, qara metallardan künclüklər – 19,0 faiz artmış, siqaret idxalı isə 62,1 faiz, qara metallardan borular – 12,7 faiz, qara metallardan çubuqlar – 12,2 faiz, sement və sement klinkerləri – 5,2 faiz, məişət soyuducuları – 9,6 faiz azalmışdır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
18 d. əvvəl
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
-
- 22 d. əvvəl
- 26 d. əvvəl
-
38 d. əvvəl
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
1 saat əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
2 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Ən çox oxunanlar
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
















