4 bankın qeyri-faiz xərcləri azalıb
"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 4-nün ötənilki qeyri-faiz xərcləri əvvəlki ilə nisbətən az olub.
Bunlar "Yapı Kredi Bank Azərbaycan", "AFB Bank", "Amrah Bank" və "Bank of Baku"dur. Ən çox azalma "Bank of Baku"da (40,9%), ən az azalma isə "Yapı Kredi Bank Azərbaycan"da (1,8%) qeydə alınıb.
1 bankın - "Premium Bank"ın qeyri-faiz xərcləri demək olar ki, dəyişməyib.
Qalan 24 bank isə qeyri-faiz xərclərini artırıb. Bu baxımdan ən yüksək dinamika "PAŞA Bank"da (57,4%), ən aşağı dinamika isə "AGBank"da (2,2%) qeydə alınıb.
5 bankın qeyri-faiz xərcləri 60 milyon manatdan çoxdur.
"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-nin ötənilki qeyri-faiz xərcləri 60 milyon manatdan çox olub.
Bunlar "Kapital Bank" (209 milyon 791 min manat), "Azərbaycan Beynəlxalq Bankı" (165 milyon 669 min manat), "PAŞA Bank (124 milyon 960 min manat), "Unibank" (63 milyon 139 min manat) və "Access Bank"dır (62 milyon 273 min manat).
Qalan 24 bankdan 17-də qeyri-faiz xərcləri 10-60 milyon manat arasında, 7 bankda isə 10 milyon manatdan azdır.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
12 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
29 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 46 d. əvvəl
-
52 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























