Xaricdə 1 dollara, Azərbaycanda 2 dollara başa gəlir - İXRAC MÜMKÜNSÜZDÜR
Azərbaycanda toyuq əti istehsalının maya dəyəri nisbətən yüksək başa gəldiyi üçün bu məhsulu hələlik ixrac etmək mümkün deyil.
Bunu Azərbaycan Quşçular Cəmiyyətinin İdarə Heyətinin sədri Aydın Vəliyev deyib.
Onun sözlərinə görə, xarici ölkələrdə quş ətinin bir kq-ı 1 dollar, 1 dollar 20 sentə başa gəldiyi halda, Azərbaycanda bu, təxminən 2 dollara başa gəlir: "Buna görə də Azərbaycanın quş ətinin ixracı üçün xarici ölkələrdən sifarişlər edilmir. Amma sifarişlər olarsa, məhsulu istehsal etmək üçün maddi-texniki imkanlar var".
A.Vəliyev bildirib ki, toyuqlar üçün yemlərin – buğda, qarğıdalı, soya və s.-nin xarici ölkələrdən gətirilməsi toyuq əti istehsalının baha başa gəlməsinə səbəb olur.
Cəmiyyət sədri qeyd edib ki, yem məhsullarının ucuz başa gəlməsi üçün yerli istehsalı genişləndirmək lazımdır:
"Yerli yem məhsullarının istehsalını artırmaq lazımdır, bu isə hələ mümkün deyil. Azərbaycanda yerli yem məhsullarını ancaq mövsüm dövründə istehsal etmək mümkündür. Digər tərəfdən, məhsulu əkdikdən sonra onun saxlanılması üçün şərait də olmalıdır. Xarici ölkələrdə bu məhsulları saxlamaq üçün kifayət qədər şərait var. Azərbaycanda isə kifayət qədər şərait yoxdur. Sahibkarlar biçin, yığım vaxtı yem alıb anbarlarına yığırlar. Ancaq anbardakı məhsul bitdikdən sonra xaricdən mal almaq zərurəti yaranır".
A.Vəliyev hesab edir ki, bu problemin həlli üçün yemin saxlanılması üçün anbarların tutum həcmi genişləndirilməlidir:
"İl ərzində sahibkarlara yerli məhsulla birlikdə 550-600 min ton yem lazım olur. İl ərzində 120-130 min ton buğda, 130-140 ton qarğıdalı, bu qədər də soya işlədilir. Bunlardan əlavə, günəbaxan yağı, günəbaxan jmıxı, yem əlavələri da lazım olur".
Cəmiyyət sədri əlavə edib ki, bu gün Azərbaycan toyuq əti və yumurtaya olan daxili tələbatı tam ödəyə bilir və buna görə də həmin məhsulların idxalına ehtiyac yoxdur:
"Əvvəlllər xarici ölkələrdən quş əti idxal edildiyi üçün yerli məhsullar anbarlarda yığılıb qalırdı. Hazırda isə Azərbaycanda quş əti, yumurta tələbatı ödəyə bilən səviyyədə istehsal edilir, satış da kifayət qədər yaxşıdır".
A.Vəliyev bildirib ki, Azərbaycan Əfqanıstana, Gürcüstana, İraqa, Qətərə və s. ölkələrə əmtəə yumurtası ixrac edir.
© Trend
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
4 d. əvvəl
Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
-
12 d. əvvəl
"Regional" BOKT 2025-ci ili xalis mənfəətlə başa vurub - 12%-DƏN ÇOX ARTIB
-
-
53 d. əvvəl
Azərbaycanda ilk "Subway" restoranının hansı ərazidə açılacağı məlum olub
-
59 d. əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 saat əvvəl
TuranBank İsveçrənin fondu ilə əməkdaşlığa başlayıb - SAZİŞ İMZALANIB, 10 MİLYON VƏSAİT CƏLB OLUNUB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
TuranBank İsveçrənin fondu ilə əməkdaşlığa başlayıb - SAZİŞ İMZALANIB, 10 MİLYON VƏSAİT CƏLB OLUNUB
“E-müqavilə”nin tətbiqinə başlandı - Mal və xidmətlərin alınması üzrə müqavilələr bu altsistem ilə bağlanacaq
“Dəli-Dolu Təkliflər” kampaniyası başlayır - CƏMİ 3 GÜN
Ən çox oxunanlar
“SİMA İmza” ilə vergi hesabatlarını pulsuz təqdim et!
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
Azərbaycan neftnin son qiyməti
"PAŞA Həyat Sığorta"nın cəmi gəlirləri 20 faizdən çox artıb - ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ
Asiya bankı: 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 1,9 % artacaq
Rəsmi məzənnələr açıqlandı
"PAŞA Sığorta"nın maliyyə vəziyyəti açıqlanıb - GƏLİRLƏRİ VƏ MALİYYƏ MƏNFƏƏTİ ARTIB
Collezione Italia-da “Shape the Light” workshop-u keçirildi
















